manera.az
manera.az

Gənc və həvəskar rəssamların növbəti rəsm sərgisi

Gənc və həvəskar rəssamların növbəti rəsm sərgisi
“Arts Council Azerbaijan” təşkilatı “START” layihəsi çərçivəsində gənc və həvəskar rəssamların inkişafı üçün növbəti rəsm sərgisi təşkil edəcək.

Manera.az xəbər verir ki, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Gənclər Şəbəkəsinin təşkilatçılığı ilə reallaşan sərgiyə hər kəs qatıla bilər.

Yağlı boya janrında olacaq əsərlən ölçüsü 50x70-dən az olmamalıdır. İştirakçılar əsərlərinin ölçüsünü, fotosunu (kiçik ölçüdə), rəssamın adını və əlaqə nömrəsini qeyd edərək martın 30-dək sergi@artscouncil.az elektron ünvana göndərə bilərlər. Layihənin məqsədi incəsənətin təbliğində gənclərin rolunu artırmaq, onların bu işin təbliğatçısı qismində çıxış etmələrinə dəstək olmaqdır. Apreldə müsabiqənin yekunu olaraq seçilmiş əsrlərdən ibarət sərginin açılacağı da nəzərdə tutulur. Sərginin kuratoru Türkan Cəfərzadədir.

“Arts Council Azerbaijan” qeyri-hökumət təşkilatının bu sərgini təşkil etməkdə məqsədi gənc nəslin incəsənətə olan marağını daha da artırmaq, Azərbaycan rəssamlarını tanıyıb və tanıtmaqdır.

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2022    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031