manera.az
manera.az

Gənc rəssamların qrup sərgisi açılıb

📅 12.09.2018 16:25

Gənc rəssamların qrup sərgisi açılıb
Art Tover” rəsm qalereyasında "Arts Council Azerbaijan” qeyri-hökumət təşkilatının təşəbbüsü ilə "Start” layihəsi çərçivəsində gənc və həvəskar rəssamların sərgisi açılıb.

MANERA.AZ xəbər verir ki, sərgi "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Gənclər Şəbəkəsinin təşkilatçılığı ilə reallaşıb. Sərgidə 10-dan çox rəssamın müxtəlif mövzulu 40-dək sənət əsəri nümayiş edilir.

Layihənin məqsədi incəsənətin təbliğində gənclərin rolunu artırmaq, onların bu işin təbliğatçısı qismində çıxış etmələrinə dəstək olmaqdır.

"Arts Council Azerbaijan” qeyri-hökumət təşkilatının bu sərgini təşkil etməkdə məqsədi gənc nəslin incəsənətə olan marağını daha da artırmaq, Azərbaycan rəssamlarını tanıyıb və tanıtdırmaqdır. Sərgi bir həftə ziyarətçilər üçün açıq qalacaq.


Baxış sayı - 1 276 | Yüklənmə tarixi: 12.09.2018 16:25
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930