manera.az
manera.az

Gənc rəssamların qrup sərgisi açılacaq

Gənc rəssamların qrup sərgisi açılacaq
Noyabrın 20-də “Art Tover” rəsm qalereyasında “Arts Council Azerbaijan” qeyri-hökumət təşkilatının təşəbbüsü ilə “Start” layihəsi çərçivəsində gənc və həvəskar rəssamların sərgisi açılacaq.

MANERA.AZ xəbər verir ki, sərgi “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Gənclər Şəbəkəsinin təşkilatçılığı ilə reallaşacaq. Sərgidə 10-dan çox rəssamın müxtəlif mövzulu 40-dək sənət əsəri nümayiş olunacaq.

Layihənin məqsədi incəsənətin təbliğində gənclərin rolunu artırmaq, onların bu işin təbliğatçısı qismində çıxış etmələrinə dəstək olmaqdır.

“Arts Council Azerbaijan” qeyri-hökumət təşkilatının bu sərgini təşkil etməkdə məqsədi gənc nəslin incəsənətə olan marağını daha da artırmaq, Azərbaycan rəssamlarını tanıyıb və tanıtdırmaqdır. Sərgi bir həftə ziyarətçilər üçün açıq elan ediləcək. Layihədə iştirak etmək istəyənlər sənət əsərlərini sergi.artscoucil.az elektron ünvanına göndərə bilərlər.

Qeyd edək ki, bu il layihə çərçivəsində bir sıra sərgilər təşkil olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31