manera.az
manera.az

Gənc rəssamların qrup sərgisi açılacaq

📅 03.09.2018 14:44

Gənc rəssamların qrup sərgisi açılacaq
Sentyabrın 11-də “Art Tower” rəsm qalereyasında “Arts Council Azerbaijan” qeyri-hökumət təşkilatının təşəbbüsü ilə “Start” layihəsi çərçivəsində gənc və həvəskar rəssamların sərgisi açılacaq.

MANERA.AZ-ın məlumatına görə, sərgi “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Gənclər Şəbəkəsinin təşkilatçılığı ilə reallaşacaq.

Layihənin məqsədi incəsənətin təbliğində gənclərin rolunu artırmaq, onların bu işin təbliğatçısı qismində çıxış etmələrinə dəstək olmaqdır. Sərgidə müxtəlif mövzuda işlənən sənət əsərləri nümayiş ediləcək.

“Arts Council Azerbaijan” qeyri-hökumət təşkilatının bu sərgini təşkil etməkdə məqsədi gənc nəslin incəsənətə olan marağını daha da artırmaq, Azərbaycan rəssamlarını tanıyıb və tanıtdırmaqdır.

Sərgi bir həftə ziyarətçilər üçün açıq elan ediləcək.


Baxış sayı - 1 298 | Yüklənmə tarixi: 03.09.2018 14:44
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031