Zəka Vilayətoğlu şeirlər kitabını təqdim edib

Yanvarın 25-i, saat 14:00-da Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda istedadlı şair, yazıçı, müğənni Zəka Vilayətoğlunun "Sənə bir söz deyəcəm" adlı ilk şeirlər kitabının təqdimat mərasimi və imza günü keçirilib.
Manera.az xəbər verir ki, kitabın redaktoru Narıngül Nadir və tədbirin aparıcısı, tanınmış şair Fərqanə Mehdi kitab haqqında və müəllifin başqa əsərləri haqqında geniş məlumat veriblər.
Tədbirdə iştirak edən-Zəka Vilayətoğlunu sevənlər,yaxınları,tanınmış şairlər,söz ustaları çıxış edib onun yaradıcılığını yüksək qiymətləndiriblər.
Sonda müəllif öz çıxışı və gözəl musiqi ifası ilə gələn qonaqlara öz təşəkkürünü bildirib./mustaqil.az/

MANERA.AZ