manera.az
manera.az

“Ağlama, qələm eşidir”in imza günü olacaq

📅 11.08.2018 12:35

“Ağlama, qələm eşidir”in imza günü olacaq
Avqustun 17-də, saat 15:00-da Sumqayıt şəhərində yerləşən “ZƏKA” Kitab evində tanınmış şair İlham Qəhrəmanın yenicə çapdan çıxmış “Ağlama, qələm eşidir” adlı şeirlər kitabının imza günü olacaq.

Oxucular həmin gün mağazadan şairin kitabını alıb müəllifin özünə imza etdirmək fürsəti qazanacaqlar. Eyni zamanda, kitabsevərlər mağazadan şairin “Sevgi durna çırağıdır” və regional folklor seriyasından toplayıb tərtib etdiyi “Laçın lətifələri” kitablarını da əldə edə biləcəklər.

“ZƏKA” Kitab evinin ünvanı: Sumqayıt şəhəri, C.Cabbarlı küçəsi (45-ci məhəllə ilə 4-cü mkr. arasında yerləşir).

MANERA.AZ


Baxış sayı - 1 306 | Yüklənmə tarixi: 11.08.2018 12:35
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930