manera.az
manera.az

“Gül” kitabının təqdimat mərasimi keçirilib - MANERA.AZ

📅 03.05.2016 17:17

“Gül” kitabının təqdimat mərasimi keçirilib - MANERA.AZ

Gülnar Səmanın “Gül” adlı kitabının təqdimat mərasimi keçirilib

MANERA.AZ xəbər verir ki, bu gün Azərbaycan Yazıçılar Birliyinin (AYB) Natəvan klubunda “aybKitab” layihəsi çərçivəsində nəşr edilmiş növbəti kitab oxuculara təqdim olunub.

Tədbiri giriş sözü ilə DGTYB sədri Əkbər Qoşalı açıb. O gənc şairənin yaradıcılığı haqqında danışıb.

Daha sonra söz “aybKitab” layihəsinin rəhbəri Xəyal Rzaya verilib. X. Rza tədbir iştirakçılarına layihə və yeni nəşr edilən “Gül” kitabı ilə bağlı ətraflı məlumat verib.

Tədbirdə çıxış edən tanınmış qələm adamları - Vaqif Yusifli, Oqtay Rza, Qulu Ağsəs, Nəvai Mətin, Əkbər Qoşalı, Fərqanə Mehdiyeva və digərləri şairənin yaradıcılığından söhbət açmış, şeirlərindən nümunə çəkmişlər.

Qeyd olunmuşdur ki, kitabda şairənin müxtəlif dövrlərdə qələmə aldığı şeirlər cəmlənib və “Dəli sevda”, “Bir dünya” adlanan fəsillərinə bölünüb.

Sonda çıxış edən müəllif tədbir iştirakçılarına və kitabın ərsəyə gəlməsində əziyyəti olan şəxslərə təşəkkür edib.



Baxış sayı - 2 167 | Yüklənmə tarixi: 03.05.2016 17:17
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930