manera.az
manera.az

Həkim-şair Oqtay Şəfioğlu ilk şeirlər kitabını təqdim edib

📅 07.01.2019 17:00

Həkim-şair Oqtay Şəfioğlu ilk şeirlər kitabını təqdim edib
Yanvarın 6-da “Azərkitab kitab təbliğat mərkəzində ” həkim,şair Oqtay Şəfioğlunun “Yağmur mələyi”adlı yeni nəşr olunmuş ilk şeirlər kitabının təqdimat mərasimi və imza günü keçirilib.

Manera.az xəbər verir ki, tədbirə tanınmış şairlər,jurnalistlər , Oqtay Şəfioğlunun həkim kollektivi,yaxınları və.s. qatılıblar.

Olduqca maraqlı keçən tədbirin aparıcıları AYB-nın üzvü,şairə,filoloq Aysel Səfərli və onun həyat yoldaşı gənc,istedadlı şair Səfa Rəşid olub.
Həkim-şair Oqtay Şəfioğlu ilk şeirlər kitabını təqdim edib
Kitabın ön söz müəllifləri-Ayaz Arabaçı,Nəcibə İlkinin ilk çıxışlarıyla başlayan yığıncaqda professor,şair Şahin Fazil,Hacı Rafiq,kitabın rəssamı Şəmsəddin Böyükdüzlü,tanınmış şair,jurnalist və yazıçılardan Arzu Nehrəmli,İlqar Türkoğlu,Narıngül Nadir,Aləmzər Sadıqqızı,Şəfəq Sahibli,Faiq Balabəyli,Adilə Nəzər,Ağalar İdrisoğıu,Qafqaz Əvəzoğlu,Telman İsa,Təbrizdən gələn şair-Çalğın Məhəmməd,Dərbənddən gələn şairlərdən Fəxrəddin Qəribsəs,Zeynəb Dərbəndli,şair Əli Əlibəyli,Qabil Nəbiyev,gənc şairlərdən Aysel Fikrət,Gülnarə İsrafil,Gülər Eldarqızı,Aidə Adıgözəl,Elvin Firudinoğlu,Niyaz Zeynaloğlu,Hidayət Sönməz,dəyərli oxucu-Gülnar Əhmədova,Medical House klinikasının baş həkimi Rauf Nağıyev,Avrasiya klinikasının baş həkimi Azər Nağıyev və başqa bir çox dəyərli insanlar Oqtay Şəfioğlunun yaradıcılığı haqqında söhbət açaraq ona uğurlar arzulayıb,şeirlər səsləndiriblər.

Tədbirin sonunda çıxış edən şair gələn qonaqlara,söz xiridarlarına öz dərin minnətdarlığını bildirərək bir neçə şeirini səsləndirmişdir.
Həkim-şair Oqtay Şəfioğlu ilk şeirlər kitabını təqdim edib
Ömrünün 63-cü ilinin hiss və həyəcanlarını,duyğularını “Yağmur mələyi “adlı kitabında toplayan şairə yaradıcılıq uğurları arzulayırıq…/mustaqil.az/

MANERA.AZ


Baxış sayı - 1 778 | Yüklənmə tarixi: 07.01.2019 17:00
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031