manera.az
manera.az

"Beşinci mövsüm" kitabının təqdimatı keçirilib

📅 26.05.2018 07:30

 "Beşinci mövsüm" kitabının təqdimatı keçirilib
25 may 2018-ci ildə "Kitab Evi" İctimai Birliyi Azərbaycan Yazıçılar Birliyinin Natəvan zalında filoloq, şair Adilə Nəzərin"Beşinci mövsüm" şeirlər kitabını təqdim edib.

MANERA.AZ xəbər verir ki, təqdimatda oxucularla bərabərtanınmış tənqidçilər, jurnalistlər, yazıçı və şairlər, bədii qiraətçilər iştirak edib.

Aparıcı tənqidçi Əsəd Cahangir tədbiri açaraq Adilə Nəzərin bədii yaradıcılığı, elmi və ictimai fəaliyyəti haqqında iştirakçılara məlumat verib.

Məruzəçilərdən professor Rüstəm Kamal, filoloq-alim Mətanət Saraclı, dosent Sadıq Qarayev, yazıçılar Səfər Alışarlı, şairlər Xanım İsmayılqızı, İbrahim İlyaslı və başqaları şairin yaradıcılığı haqqındadəyərli fikirlər söyləyərək təqdim edilən "Beşinci mövsüm" şeirlər kitabını yüksək qiymətləndiriblər.

Qeyd edilib ki, Adilə Nəzər bir lirik şair kimi insan hislərinin dərin, dramatik təsvirini verməklə oxucunu daim yüksək emosional ovqatda saxlaya bilir. Onun məhəbbət şeirləri müasir poeziyamızda özünün təkrarsız və bənzərsiz ifadə formaları, ekspressiv və fəlsəfi təsir gücü ilə seçilir.

Digər çıxışçılar Fərqanə Mehdiyeva, Mikayıl Bozalqanlı, Aləm Kəngərli, Aləmzər Sadıqqızı, Arzu Nehrəmli, Firudin Şahbuz, Mübariz Məsimoğlu, Rəhim Mehnət, İlqar Türkoğlu və başqalarıda Adilə Nəzəri yeni kitabının işıq üzü görməsi münasibəti ilə təbrik edib və ona uğurlar arzulayıblar. Müğənni-bəstəkar Çilənay Hüseynova Adilə xanımın şeirlərinə bəstələdiyi mahnıları ifa edib.

Tədbirdə "Kitab Evi" İctimai Birliyinin müasir ədəbiyyatın təbliği istiqamətində gördüyü təqdirəlayiq işlər xüsusi vurğulanaraq təşkilata yaradıcı adamların mənəvi dəstəyinin gücləndiril¬mə¬sinin vacibliyi də qeyd edilib.

Bədii qiraət ustası, respublikanın əməkdar artistləri Ağalar Bayramov və Nazir Rüstəm şairin şeirlərini səsləndirib.

 "Beşinci mövsüm" kitabının təqdimatı keçirilib
 "Beşinci mövsüm" kitabının təqdimatı keçirilib


Baxış sayı - 1 918 | Yüklənmə tarixi: 26.05.2018 07:30
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031