Dünya ədəbiyyatında gözlənilən hadisələr

Həmişə kitablardan, çox qazanan müəlliflərdən, nekroloqlardan danışmaq olmaz. "Guardian"-dan Ellien Bleykin qələmə aldığı məqalədə cari ildə dünya ədəbiyyatında gözlənilən vacib hadisələrin və kitabların dərc tarixlərinin siyahısı verilib. Bookstagram və bloqqerlər üçün vacib olan bu siyahının sizə də maraqlı gələcəyini düşündük. Siyahının illik tam siyahısı ilə dərginin internet ünvanında tanış ola bilərsiniz. Biz isə cari ilin birinci yarısında dünya ədəbiyyatının diqqət mərkəzində olacaq hadisələri paylaşırıq.
Fevralda Con Ruşkinin vəfatının 200-cü ilində ayın 8-14-ü tarixlərində silsilə ədəbi gecələr təşkil olunacaq. Ötən il naşirlərin yayım hüququnu almaq üçün şiddətli mübarizə apardıqları yazıçı Marlon Ceymsin "Qara pələng, qırmızı canavar” ("Black leopard, red wolf”) romanı "Hamish Hamilton” nəşriyyatında işıq üzü görəcək.
Mart ayında ötən il ədəbi mükafatların qısa siyahısından düşməyən Patrik Nessin "Yeriyən xaos” romanı əsasında ekranlaşdırılmış film nümayişə çıxarılacaq. 8-14 mart tarixlərində London Kitab Festivalı baş tutacaq. Bu il son dövrlərin parlaq imzalarından Ali Smits "Bahar” ("Spring”) romanı ilə oxucuları ilə görüşəcək.
Aprelin 5-də Patrik de Vitin "Man Booker” mükafatlı "Bacılar, qardaşlar” romanı əsasında ekranlaşdırılmış film nümayiş olunacaq. Ayın 22-də isə "Man Booker” mükafat fondu 50 illik yubileyini qeyd edəcək. Aprel ayının 23-də Defonun ölümsüz "Robinson Kruzo”-sunun 300 ili tamam olur. İngiltərə Britaniyanın bu "ilk romanı” adlandırılan əsərin ildönümünə tələbə birlikləri ilə birgə hazırlaşıb.
May ayında "Dylan Thomas” və "Man Booker” beynəlxalq mükafatlarının və "Folio” ədəbi mükafatının qalibləri açıqlanacaq. Volt Vitmanın yubileyi qeyd olunacaq. Sandra Nyumanın "Cənnətlər” ("The heavens”) romanı oxucuların ixtiyarına veriləcək. Romanın bestseller siyahılarına liderlik edəcəyi proqnozlaşdırılır.
İyun ayında isə bədii roman nominasiyasında təqdim edilən "Women’s prize” ədəbi mükafatı sahibinin olacaq. Ayın ümid vəd edən dərcləri siyahısında Amitav Qoşun "Silah adası” ("Gun island”) və Keyt Etkinsonun "Böyük səma” ("Big sky”) romanları yer alır../artkaspi.az/
MANERA.AZ