manera.az
manera.az

Kamal Abdullanın romanı Yaponiyada nəşr olunacaq /MANERA.AZ

📅 04.08.2016 13:17

Kamal Abdullanın romanı Yaponiyada nəşr olunacaq   /MANERA.AZ


Yazıçı Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı Yaponiyada işıq üzü görəcək

MANERA.AZ xəbər verir ki, Yaponiyanın məşhur “Suisei-sha” nəşriyyatından yazıçıya bununla bağlı təklif gəlib.

Romanı rus dilindən yaponcaya professor İçiro İto tərcümə edib.

Xatırladaq ki, “Yarımçıq əlyazma” Kamal Abdullanın Yaponiyada işıq üzü görəcək ikinci kitabıdır. Bundan əvvəl yazıçı yapon oxucuları ilə “Sehrbazlar dərəsi”ndə görüşüb. Yaponiya nəşriyyatlarının Azərbaycan ədəbiyyatına olan marağı Yaponiya-Azərbaycan ədəbi əlaqələrinin yeni və daha yüksək əməkdaşlıq mərhələsinə adladığının göstəricisidir.

“Suisei-sha” nəşriyyatı 2005-ci ildə Yaponiyanın Müqayisəli Ədəbiyyat Assosiasiyasının mükafatçıları siyahısındadır. Nəşriyyat indiyə qədər Spinoza, V.Hüqo, M.Prust, Nitsşe, A.Sent-Ekzüperi, Q.Flober, E. Jabes kimi görkəmli ədiblərin əsərlərini yapon oxucusuna təqdim edib.


Baxış sayı - 1 946 | Yüklənmə tarixi: 04.08.2016 13:17
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930