manera.az
manera.az

Ədəbiyyat dünyasında yeni imzalar

Ədəbiyyat dünyasında yeni imzalar
Hər ilin sonunda ilin ən yaxşılarının, əvvəlində isə yeni çıxanların, uzun müddət gözlənilən və debüt əsərlərin siyahıları geniş auditoriyanın maraq mərkəzində olur.

"The Observer" dərgisi ədəbiyyat dünyasında qısa hekayələri, esseləri, publisistik yazıları ilə tanınan, lakin hələ çap olunmamış uğurlu müəlliflərin bu il işıq üzü görməsi planlaşdırılan əsərlərindən ibarət maraqlı və informativ bir məqalə dərc edib.

Məqalədə oxucu auditoriyasına çox da tanış olmayan yazarlar və əsərlər haqqında məlumat verilib. Məqalənin tam versiyası ilə "Guardian" və "The Observer"-də tanış ola bilərsiniz.

Bu ilin debüt əsərlərindən ibarət siyahını təqdim edirik.

* Oyinkan Breytveyt "Bacım" ("My sister")

*Aleks Mikaelides "Səssiz pasient" ("The silent patient")

*Elizabet Maknil "Oyuncaq fabriki" ("The doll factory")

*Sara Kollins "Frenni Lenqtonun etirafları" ("Confessions of Frannie Langton")

*Bev Tomas "Kifayət qədər yaxşı ana" ("A good enough mother")

*İzabella Hammad "Parisli" ("The parisian")

*Rozi Prayz "Qırmızı nə idi?" ("What red was?")

*Bet O'Liray "Otaq yoldaşı" ("The flatshare")

*Yara Rodriges Fouler "Qətiyyətli arxivçi" ("The stubborn archivist")

*Heriet Tays "Narıncı qan" ("Blood orange")

/artkasipi.az/
MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 12
3456789
10111213141516
17181920212223
2425262728