manera.az
manera.az

“Koroğlu” operası təqdim olunub

“Koroğlu” operası təqdim olunub
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında dahi bəstəkar Üzeyir Hacıbəylinin “Koroğlu” operası təqdim olunub.

Manera.az-ın məlumatına görə, səhnə əsərinin budəfəki təqdimatı Xalq rəssamı, Dövlət mükafatı laureatı Tahir Salahovun 90 illik yubileyinə həsr edilib. Səhnə əsərində teatrın aparıcı solistləri - Xalq artistləri Fidan Hacıyeva, Əli Əsgərov, Əkrəm Poladov, Əməkdar artistlər Fərid Əliyev, İlahə Əfəndiyeva, Cahangir Qurbanov, Əliəhməd İbrahimov, Tural Ağasıyev, solistlərdən Taleh Yahyayev , Fəhmin Əhmədli və Nurlan Namazov çıxış ediblər.

Opera Əməkdar artist Əyyub Quliyev tərəfindən idarə olunub. Aktyorların məharətli çıxışı səhnə əsərini daha baxımlı edib, opera maraqla qarşılanıb.

Qeyd edək ki, Tahir Salahov “Koroğlu” operasının quruluşçu rəssamıdır. Azərbaycan xalqının milli-mənəvi dəyərlərindən biri sayılan bu operanı, həm də Tahir Salahovun monumental və zəngin səhnə tərtibatı, dekorasiyaları bəzəyir.

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930