manera.az
manera.az

“Koroğlu” operası nümayiş ediləcək

“Koroğlu” operası nümayiş ediləcək
Noyabrın 28-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında dahi bəstəkar Üzeyir Hacıbəylinin “Koroğlu” operası nümayiş ediləcək.

Teatrın mətbuat xidmətindən Manera.az-a bildirilib ki, səhnə əsəri Xalq rəssamı, SSRİ dövlət mükafatı laureatı Tahir Salahovun 90 illik yubileyinə həsr olunacaq. Səhnə əsərində teatrın aparıcı solistləri - Xalq artistləri Əli Əsgərov, Əkrəm Poladov, Fidan Hacıyeva, Əməkdar artistlər Fərid Əliyev, İlahə Əfəndiyeva, Cahangir Qurbanov, Əliəhməd İbrahimov, Tural Ağasıyev, solistlərdən Taleh Yahyayev , Fəhmin Əhmədli və Nurlan Namazov çıxış edəcək.

Opera Əməkdar artist Əyyub Quliyev tərəfindən idarə olunacaq.

Qeyd edək ki, Tahir Salahov “Koroğlu” operasının quruluşçu rəssamıdır. Azərbaycan xalqının milli-mənəvi dəyərlərindən biri sayılan bu operanı, həm də Tahir Salahovun monumental və zəngin səhnə tərtibatı, dekorasiyaları bəzəyir.

MANERA.AZ






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 1234
567891011
12131415161718
19202122232425
262728293031