manera.az
manera.az

Elə sevdim, elə səni... - ŞEİRLƏR | MANERA.AZ

Elə sevdim, elə səni... - ŞEİRLƏR | MANERA.AZ
Manera.az gənc şairə Ramilə Sakitin şeirlərini təqdim edir:

Nə var ki...

Gülə-gülə açırıqsa sabahı,
Bundan gözəl bu dünyada nə var ki?..
Daşısaq da "sevgi" adlı günahı,
Bundan gözəl bu dünyada nə var ki?...

Baxışırıq arada bir qıyqacı
Ruhumuzun,könlümüzün əlacı.
Bu sevgidən duymuruqsa bir acı,
Bundan gözəl bu dünyada nə var ki...

Ayırmadıq izimizi yol boyu
Tellərimə çiçək düzdüm tel sayı
Tikiriksə «sevgi» adlı sarayı
Bundan gözəl bu dünyada nə varki…

Nə olar

Sevirsən aləmi, sevirsən eli,
Bir azca da məni sevsən, nə olar?
Sevirsən çəməni, sevirsən gülü,
Bir azca da məni sevsən, nə olar?..

Ulduzu ulduzla barışdırırsan,
Yatmamış yuxunu qarışdırırsan,
Könlünü yandırıb alışdırırsan,
Bir azca da mənçün yansan, nə olar?..

Leyliyə, Məcnuna dastan yazırsan.
Körpəyə, uşağa nağıl yazırsan.
O yandan, bu yandan elə yazırsan,
Bir azca da məndən yazsan, nə olar.

Görsən gözəlliyə vurğun olursan,
Sevəndə sevgidən yorğun olursan.
Həsrətdən, hicrandan solğun olursan
Bir azca da mənim üçün solsan nə olar?..

Öldürəcək məni

Baxır süzgün xumar-xumar,
Tellərinə çəkib tumar,
Atmır hələ atmır damar,
Atsa, öldürəcək məni...

Ətirlənib gül əvəzi,
Sehirlənib il əvəzi,
Ay əvəzi, gül əvəzi,
Çıxsa, öldürəcək məni..

Aşiqlərin ədası var,
Çox sevginin bəlası var,
Bu sevginin sonrası var,
Sevsəm, öldürəcək məni...

Düşsəm əgər sevdasına,
Girsəm gecə röyasına,
Gəlsəm qəfil dünyasına,
Gəlsəm, öldürəcək məni...

Bilmədin ki...

Mənəm halı pərişanın,
Sinən üstə gül nişanın,
Oldum səhərin, axşamın,
Bilmədin ki... bilmədin sən!

Elə sevdim, elə səni,
Tanıdılar sənlə məni.
Səni bu qədər sevəni,
Bilmədin ki... bilmədin sən!

Dönüb çevrəndə küləyə,
Bİr dua edən mələyə,
Sevgini yazdım ürəyə,
Bilmədin ki... bilmədin sən!

Sığammadım asimana,
Bu dünyaya, bu cahana,
Sorağım çatdı hər yana,
Bilmədin ki... bilmədin ki!

Çağırdım gəl harayıma,
Gəldin könül sarayıma,
Düşdün məhəbbət payıma,
Bimədin ki... bilmədin sən!

Alqışladım naxışımı,
Ellər sevdi alqışımı,
Sevgi dolu baxışımı
Bilmədin ki... bilmədin sən!

Manera.az

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031