manera.az
manera.az

“Manqurt” tamaşası Bişkekdə nümayiş olunub

📅 15.11.2018 12:08

“Manqurt” tamaşası Bişkekdə nümayiş olunub
Akademik Milli Dram Teatrının kollektivi “Manqurt” tamaşası ilə Azərbaycanı Qırğız Respublikasında keçirilən beynəlxalq teatr festivalında böyük uğurla təmsil edib.

Teatrın mətbuat xidmətindən Manera.az-a verilən məlumata görə, festivalda iştirak Mədəniyyət Nazirliyi, Azərbaycan Teatr Xadimləri İttifaqı və ölkəmizin Qırğız Respublikasındakı səfirliyinin təşkilatçılığı ilə baş tutub.

Çingiz Aytmatovun 90 illik yubileyinə həsr olunan “Aytmatov və teatr” festivalında Azərbaycanla yanaşı Rusiya, Qazaxıstan, Özbəkistan teatrları da iştirak edir.

Festival 12-17 noyabr tarixlərini əhatə edir. Akademik Milli Dram Teatrının kollektivi “Manqurt” tamaşasını noyabrın 14-də təqdim edib.

“Manqurt” münsiflər heyəti və tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Səhnə əsərinin bədii rəhbəri və rejissoru Anar Babalı bildirib ki, münsiflər heyətinin üzvləri “Manqurt”un rejissor işi, aktyor oyunu, rəssam işi və musiqi seçimi haqqında yüksək fikirlər bildirərək bu tamaşanı Azərbaycan teatrının böyük müvəffəqiyyəti kimi
dəyərləndiriblər.
“Manqurt” tamaşası Bişkekdə nümayiş olunub
Çingiz Aytmatovun “Gün var əsrə bərabər” romanının motivləri əsasında hazırlanan səhnə əsərinin bədii rəhbəri və rejissoru Anar Babalı, rejissoru Mədəniyyət və İncəsənət Universitetinin diplomantı İzamə
Babayeva, rəssamı əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, işıq üzrə rəssamı Rafael Həsənov, rejissor assistenti Könül Kərimovadır.

Birhissəli epik rəvayət olan səhnə əsərində əməkdar artistlər Mehriban Xanlarova, Elşən Rüstəmov, aktyorlar Ramin Şıxəliyev və İmran Ali Qurban iştirak ediblər.

Qeyd edək ki, bu il dünyanın bir çox ölkələrində böyük qırğız yazıçısı Çingiz Aytmatovun 90 illik yubileyi münasibəti ilə tədbirlər keçirilir.

MANERA.AZ


Baxış sayı - 1 438 | Yüklənmə tarixi: 15.11.2018 12:08
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031