manera.az
manera.az

Teatrımız beynəxalq festivalda təmsil olunacaq

📅 08.09.2018 22:26

Teatrımız beynəxalq festivalda təmsil olunacaq
Akademik Milli Dram Teatrı Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə ölkəmizi Qazaxıstanda keçirilən beynəlxalq teatr festivalında təmsil edəcək.

Teatrın mətbuat xidmətindən MANERA.AZ-a verilən məlumata görə, 12-16 sentyabr tarixlərində Aktau şəhərində təşkil olunacaq Xəzəryanı Ölkələrin II Beynəlxalq Teatr Festivalında teatr "İuda” tamaşasını göstərəcək.

TədbirdəAzərbaycanla yanaşı İran, Türkmənistan, Başqırdıstan, Tatarıstan və Qazaxıstan teatrları qatılacaq. Festival Qazaxıstanın məşhur teatr və kino aktyoru Nurmuxan Janturinin 90 illik yubileyinə həsr olunub.

Akademik Milli Dram Teatrının "İuda” mono tamaşası sentyabrın16-da nümayiş etdiriləcək. Rejissor Anar Babalının quruluş verdiyi tamaşa əməkdar artist Ayşad Məmmədovun eyniadlı monopyesi əsasında hazırlanıb. Səhnə əsərində

Ayşad Məmmədov özü çıxış edir.


Baxış sayı - 1 149 | Yüklənmə tarixi: 08.09.2018 22:26
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031