manera.az
manera.az

“Manqurt” tamaşası təqdim olunub

📅 23.09.2018 22:18

“Manqurt” tamaşası təqdim olunub
Akademik Milli Dram Teatrının Abbas Mirzə Şərifzadə səhnəsində "Manqurt" tamaşası təqdim olunub.

Teatrın mətbuat xidmətindən MANERA.AZ-a verilən məlumata görə, Çingiz Aytmatovun "Gün var əsrə bərabər" romanının motivləri əsasında hazırlanan səhnə əsərinin quruluşçu rejissoru Anar Babalı, səhnələşdirəni İzamə Babayeva, rəssamı əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, işıq üzrə rəssamı Rafael Həsənov, rejissor assistenti Könül Kərimovadır.

Birhissəli epik rəvayət olan səhnə əsərində əməkdar artistlər Mehriban Xanlarova, Elşən Rüstəmov, aktyorlar Ramin Şıxəliyev, İmran Ali, Qurban, Əminə Babayeva, Mehman Fətullayev iştirak ediblər. Maraqlı yozumu və dekorasiya həlli ilə yadda qalan tamaşa alqışlarla qarşılanıb.

Qeyd edək ki, bu il dünyanın bir çox ölkələrində böyük qırğız yazıçısı Çingiz Aytmatovun 90 illik yubileyi münasibəti ilə tədbirlər keçirilir.


Baxış sayı - 1 343 | Yüklənmə tarixi: 23.09.2018 22:18
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 123456
78910111213
14151617181920
21222324252627
282930