manera.az
manera.az

Hava o qədər sakitdi ki... - Kənan Hacı yazır | MANERA.AZ

📅 24.08.2015 12:55

Hava o qədər sakitdi ki... -  Kənan Hacı yazır | MANERA.AZ
Kənan Hacı yazır:

hava o qədər sakitdi ki,
söykənmək istəyirsən ona,
Tanrının qamçısı kimi
kürəyinə dəyən ağrıları
ovutmaq istəyirsən,
səni qarabaqara izləyən
ölümün üstünə üfürmək üçün
qəzəb körüyünün
təzə oksigenə ehtiyacı var...
hava o qədər sakitdi ki,
zaman bir anlıq dayanıb
nəfəsini dərir sanki...
pəncərəmdə ucu görünən ağacı
əlfəcim kimi həyat adlı kitabın
arasına qoyuram,
hadisələrin axarı
yaxşılığa doğru getmir hələ ki,
hava o qədər sakitdi ki...

24 avqust, 2015
1 saylı Şəhər Klinik Xəstəxanası


Baxış sayı - 2 112 | Yüklənmə tarixi: 24.08.2015 12:55
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930