manera.az
manera.az

Yazıçı Kənan Hacı müalicə olunacaq |MANERA.AZ

📅 15.08.2015 15:11

Yazıçı Kənan Hacı müalicə olunacaq |MANERA.AZ
Xəbər verdiyimiz kimi, yazar-jurnalist Kənan Hacı hepatit C virusuna yoluxub. Artıq şair müayinədən keçib və yaxın günlərdə müalicə olunmağa başlayacaq.

Son durumu bağlı açıqlama verən K.Hacı deyib: “Müayinədən keçirdilər və dedilər ki, ciddi müalicə almalısan yoxsa xəstəlik serroza çevrilə bilər. Ürəyimdə ciddi problemlər var . Qara ciyərim böyüyüb, amma hələ zədələnməyib. Xəstəxanada yatmalı olduğumu bildirdilər, dedilər, göndəriş gətirin, sizi xəstəxanaya yatıraq .

Müalicəsi bazar ertəsindən başlayacaq. Məndən müayinə üçün heç bir məbləğ almadılar. Səhiyyə Nazirliyinin tibbi profilaktika şöbəsi müdirinin müavini Yusif Babayevə xüsusi təşəkkür edirəm . Prosesə o nəzarət edir. Xəstəxananın baş həkim müavini Qətibə xanıma da təşəkkür edirəm ki, mənim tam müayinələrdən keçməyim üçün göstərişlər verdi”.


Baxış sayı - 1 640 | Yüklənmə tarixi: 15.08.2015 15:11
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031