manera.az
manera.az

Gənc şairin "Mən Möcüzə Gözləyirəm" kitabının təqdimatı keçirilib

Gənc şairin "Mən Möcüzə Gözləyirəm" kitabının təqdimatı keçirilib
Oktyabrın 20 – də Xaçmaz Tarix Diyarşünaslıq Muzeyində gənc şair Vüsal Yurdoğlunun “Mən Möcüzə Gözləyirəm” kitabının təqdimat və imza günü keçirilib.

MANERA.AZ xəbər verir ki,tədbiri “Ulduzlar” ədəbi məclisinin sədri Fərzalı Ziyanur açıq elan edib, qonaqları salamladıqdan sonra Vüsal Yurdoğlu barədə məlumat verib.

Vüsal Teymur oğlu Dadaşov (Vüsal Yurdoğlu) 11 iyul 1988 – ci ildə Xaçmaz şəhərində anadan olmuşdur. 1995 – 2006 – cı illərdə Xaçmaz şəhər 1 saylı tam orta məktəbdə təhsil alıb. 2006 – 2008 – ci illərdə həqiqi hərbi xidmətdə olub. 2008 – ci ildən hüquq – mühafizə orqanlarında xidmət edir.
Azərbaycan Yazıçılar Birliyi 3 – cü Gənc Ədiblər Məktəbinin, Azərbaycan Yaradıcılıq fondunun nəzdində Yaradıcılıq fakültəsinin məzunu, Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) üzvüdür. Şeirləri “Səs... Söz... Rəng... “ və “Bölgələrdən səslər - 3” toplularında, müxtəlif ədəbi almanaxlarda, həmçinin, bir çox qəzet və jurnallarda çap olunub.

Xaçmaz Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Nazim Ağayev “Ulduzlar”ədəbi məclisinin üzvlərini, qonaqları və Vüsal Yurdoğlunun valideynlərini salamladıqdan sonra çıxış edərək həm Vüsalın, həm də başqa yazarların növbəti kitablarının təqdimat tədbirlərində böyük həvəslə iştirak edəcəyini və ondan asılı olan işlərdə yardımçı olacağını bildirib.

Milli Mətbuat Şurasının üzvü Azər Həsrət çıxışında Vüsal Yurdoğlunu təbrik edib, valideynlərinə belə istedadlı oğul böyütdüklərinə görə təşəkkürünü bildirib.

“Mən Möcüzə Gözləyirəm” kitabının ön söz müəllifi, şair – tənqidçi Akəm Xaqan öz növbəsində tədbir iştirakçılarını, valideynləri salamladıqdan sonra bu günümüzün gənc yazarının özünəməxsus düşüncə tərzinə malik olması haqqında danışıb və yeni uğurlar arzulayıb.

Proyektorla görüntülü surətdə Vüsal Yurdoğlunun şeirləri əsasında hazırlanmış kompozisiyalar dinlənildikdən sonra söz qonaqlara və şairlərə verilib.

Qubadakı “Ay İşığı” ədəbi məclisinin üzvü, AYB və AJB üzvü, publisist yazar Sevinc Məmmədova, Xaçmaz Heydər Əliyev Mərkəzinin direktoru Könül Əsgərova, Xaçmaz Tarix Diyarşünaslıq Muzeyinin direktoru Pakizə Mehdiyeva, Xaçmaz Xalça Muzeyinin əməkdaşı Dilarə Rüstəmova, AYB üzvü Məmməd Qədir, Telman Təravət, Hidayət Sönməz (Bakı), Pirəli Rüklü, Xaqani Mikayılov (Bakı), Habil Rzanur, Aynur Ağabalayeva, Agah Xaçmazlı, Sabir Nemətov, Böyükağa Ağa, Nəzər Mirzəyev, AMEA – nın müxbir üzvü Məhərrəm Mustafa, Emfira Tağıyeva, Fərhad Ramazanov, Elmar Bünyadov, atası Teymur Dadaşov, anası Yaqut xanım Dadaşova, Taleh Qədirov, qardaşı Tural Dadaşov və başqaları çıxış edərək Vüsal Yurdoğluya ədəbi fəaliyyətində yeni nailiyyətlər arzulayıblar. Tədbirin sonunda şair özü çıxış edib və ona göstərilən diqqət və etimada görə tədbir təşkilatçılarına, o cümlədən qonaqlara təşəkkürünü bildirib.

Tədbirin fotoları Füzuli Barata məxsusdur.

Mənbə: Ulduzlar ədəbi məclisi

MANERA.AZ

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 1234
567891011
12131415161718
19202122232425
262728293031