Regionun ədəbi məclis üzvləri bir araya gəlib

İyulun 26 – da Xaçmaz Tarix Diyarşünaslıq Muzeyində regionun ədəbi məclis üzvləri ilə “Qələmin gücü, sözün qüdrəti” adlı görüş keçirilib.
MANERA.AZ xəbər verir ki, Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Nazim Ağayev giriş çıxışı zamanı regionda fəaliyyət göstərən məclislərin üzvlərini salamlayıb, yeni işıq üzü görmüş kitab müəlliflərini təbrik edib.
Xaçmazda fəaliyyət göstərən “Ulduzlar” ədəbi məclisinin sədri Fərzalı Ziyanur, Qubada fəaliyyət göstərən “Ay işığı” ədəbi məclisinin sədri Ramiz Qusarçaylı, “Gülüstan” elmi - ədəbi məclisinin sədri Şıxamməd Seyidməmmədov, Qusarın “Şahdağ” ədəbi məclisinin sədri Ləzgi Bəhlul, Şabranın “Şabran” ədəbi məclisinin sədri Qafar Süleyman, Azərbaycan Respublikası Prezident təqaüdçüsü, AYB və AJB üzvü yazıçı – publisist Aydın Tağıyev region şairlərini və qonaqları salamlamış və yeni yaradıcılıq uğurları arzuyıblar.
Xaçmaz Musiqi məktəbinin müəllimi, muğam ifaçısı Saleh Novruzlu, Quba Mədəniyyət Mərkəzinin bədii rəhbəri, muğam ifaçısı Seyfulla Ağayev, muğam ifaçısı Əsgər Manafov, tarda Rövşən Osmanovun, kamançada Məmmədəli Cəfərovun müşayiəti ilə musiqi nömrələri ifa ediblər.
Sonra şairlər öz təzə şerlərini oxuyublar../Füzuli Baratov (mətnin və şəkillərin müəllifi)Xaçmaz/




