manera.az
manera.az

"Dunqa" kitabının təqdimatı olacaq

📅 17.10.2018 20:02

"Dunqa" kitabının təqdimatı olacaq
Oktyabrın 18-i saat 14.00-da Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda yazar Tapdıq Əhmədin "Dunqa" kitabının təqdimatı olacaq.

Manera.az-ın məlumatına görə, “Dunqa” müəllifin oxucularla ilk görüşüdür.

Kitaba eyniadlı povest daxildir.

Tapdıq Əhməd 1983-cü ildə anadan olub. ADPU-nun biologiya fakültəsində və Bakı Slavyan Universitetinin ədəbi yaradıcılıq fakültəsində təhsil alıb. Gənc ədiblər məktəbinin fərdi diplomu ilə təltif edilib. AYB-nin üzvü, prezident təqaüdçüsüdür.


Baxış sayı - 1 528 | Yüklənmə tarixi: 17.10.2018 20:02
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031