manera.az
manera.az

YARAT-da “Səmavi” nümayiş olunacaq

📅 23.09.2018 22:09

YARAT-da “Səmavi” nümayiş olunacaq
Sentyabrın 27-i, 19:00-da YARAT Müasir İncəsənət Mərkəzində "Səmavi" tamaşası nümayiş olunacaq.

MANERA.AZ xəbər verir ki, tamaşa Freestyle proqramı çərçivəsində təqdim olunur.

Səhnə əsəri rejissor və xoreoqraf Raulə Rzayeva və Rus Dram Teatrının aktrisası Milana Sokolenko tərəfindən hazırlanıb.

Tamaşa müasir Rusiya dramaturqları A.Şipanov və A.Abrosimovun "Səmavi və ya onun həyatından dörd saat" adlı pyesi əsasında səhnələşdirilib.

Baş tutmayan görüşdən sonra gənc qadının həyat, öz dünyası, sevgi, qadın-kişi münasibətləri haqqında düşüncələri müasir qadının manifestinə çevrilir.

Tamaşa rus dilində nümayiş olunacaq.


Baxış sayı - 1 228 | Yüklənmə tarixi: 23.09.2018 22:09
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 123456
78910111213
14151617181920
21222324252627
282930