manera.az
manera.az

“YARAT”da yeni eksperimental tamaşa

📅 12.07.2018 13:43

“YARAT”da yeni eksperimental tamaşa
İyulun 13-də “YARAT” Müasir İncəsənət Mərkəzində “Şağ” eksperimental tamaşası nümayiş ediləcək.

MANERA.AZ xəbər verir ki, tamaşa yazıçı Sevinc Çılğının qələmə aldığı üç qısa pyes əsasında hazırlanıb. Burada bir-biri ilə əlaqəsi olmayan müxtəlif süjetlər arasında tamaşada iştirak edən aktyorlar tərəfindən bağlılıq yaradılır.

Səhnə əsəri sərgi janrındadır və daha çox aksiya xarakterlidir. Aktyorların tamaşa zamanı oyunu poliqon platformasında təcrübədən keçirdikləri spontan aktyor texnikası əsasında qurulub.

Tamaşanın özünə gəldikdə isə o, eyni zamanda, göstərilən bir neçə hadisədən ibarətdir. Səhnə əsərinin nümayişi zamanı seyrçilərin oturmağı nəzərdə tutulmayıb.

Bundan başqa, tamaşa tam formatda interaktivliyə malikdir. Yəni, hər bir tamaşaçıya hadisələrin gedişatına müdaxilə etmək icazəsi verilir. Ona görə də seyrçilərdən tamaşanın gedişatında dəyişiklik etməyə hazır olmaqları xahiş edilir.


Baxış sayı - 1 090 | Yüklənmə tarixi: 12.07.2018 13:43
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930