manera.az
manera.az

“YARAT” səhnəsində yeni tamaşa

📅 01.11.2017 23:41

“YARAT” səhnəsində yeni tamaşa
Noyabrın 2-də “YARAT” Müasir İncənət Mərkəzində rejissor Vika Privalovanın səhnələşdirdiyi “Birgə yaşama” adlı tamaşa təqdim ediləcək.

MANERA.AZ xəbər verir ki, rus dilində nümayiş ediləcək səhnə əsərinin əsas mövzusu balaca Vovanın məhəbbəti üzərində qurulub.

Tamaşada “Eskizi v prostranstve” teatrının aktyorları – Nikita Maltsev, Alisa Kosaryova, Dmitri Mışkin, İrina Mixeyşina, Mixail Petruxin və Marqarita Qoloşumova iştirak edəcək.

Səhnə əsərinin mövzusu belədir: Vovanın 5 yaşı olanda o, bağçada qırmızı ayaqqabılı qıza aşiq olur. Ya qızın, ya da ayaqqabıların sehrinə düşən Vova günorta bütün uşaqlar yatanda qızın çarpayısına yaxınlaşır və onun ayaqqabılarını öpməyə başlayır. Tərbiyəçiyə bu hərəkət heç də xoş gəlmir, buna görə də o, Vovanı döşəmə əsgisi ilə vurur…


Baxış sayı - 1 263 | Yüklənmə tarixi: 01.11.2017 23:41
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031