manera.az
manera.az

“YARAT”da “Min möhtəşəm günəş” təqdim olunacaq

📅 23.10.2017 18:10

“YARAT”da “Min möhtəşəm günəş” təqdim olunacaq
Oktyabrın 26-da “YARAT” Müasir İncəsənət Mərkəzində C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının quruluşunda görkəmli əfqan yazıçısı Xalid Hüseyninin bestselleri əsasında səhnələşdirilən “Min möhtəşəm günəş” adlı ikihissəli dramı təqdim olunacaq.

MANERA.AZ xəbər verir ki, layihənin rəhbəri və tamaşanın quruluşçu rejissoru Elvin Mirzəyev, bəstəkarı Əməkdar İncəsənət Xadimi Cavanşir Quliyev, rəssamı Məhsəti Eldarovadır.

Əsər Əfqanıstan müharibəsinin qurbanı olmuş iki qadının həyat hekayəsi fonunda mövcudluq uğrunda, cəmiyyətlə, həyatla dramatik savaşıdır.


Baxış sayı - 1 405 | Yüklənmə tarixi: 23.10.2017 18:10
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930