manera.az
manera.az

“YARAT”da rus filmi nümayiş ediləcək

📅 10.09.2018 13:16

“YARAT”da rus filmi nümayiş ediləcək
Sentyabrın 12-də “YARAT” Müasir İncəsənət Mərkəzində rusiyalı rejissor Aleksand Qordonun “Şaşa dayı” adlı ekran əsəri nümayiş ediləcək.

MANERA.AZ xəbər verir ki, xronometrajı 92 dəqiqə olan ekran əsəri vaxtilə uğurlu sənətkar olmuş, indi isə hamının acığına özünün bağ evində sonuncu filmini çəkən rejissor haqqında Çexovsayağı bir hekayədir. Qəribə qonaqlar, özlərinə vurğun aktyorlar, əcaib qonşular və rejissorun özü – bunlar müəllif istehzası üçün, bəzən həm də acı gülüş üçün əsasdır. Film rus dilində nümayiş olunacaq.

Aktyor, rejissor, prodüser və ssenarist kimi tanınan rejissor 2001–2003-cü illərdə NTV kanalında “Qordon” verilişini aparıb. 2002-ci ildə atası Harri Qordonun ssenarisi əsasında “Öz inəklərinin çobanı” adlı bədii film çəkib. Bu film Rusiyada IX “Ədəbiyyat və kino” kinofestivalında münsiflər heyətinin “Ən yaxşı rejissor debütü” prizini qazanıb. 2004-cü ilin mart ayında Aleksandr Qordonun quruluşunda "Müasir pyes məktəbi”nin səhnəsində F.M.Dostoyevskinin “Cinlər” romanı əsasında hazırlanmış tamaşanın premyerası keçirilib.


Baxış sayı - 1 515 | Yüklənmə tarixi: 10.09.2018 13:16
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031