manera.az
manera.az

Yazıçı Kamal Abdullanın “Səhvləri” Litva mətbuatında...| MANERA.AZ

📅 14.08.2015 15:15

Yazıçı Kamal Abdullanın “Səhvləri” Litva mətbuatında...| MANERA.AZ
Litvanın məşhur “Ədəbiyyat və incəsənət” portalı Kamal Abdullanın “Səhvlərimizin qrammatikası” silsiləsindən "Korneliusun ölümü" hekayəsini yayımlayıb.

Portal azərbaycanlı yazıçını oxuculara belə təqdim edib:

“Müasir Azərbaycan ədəbiyyatının postmodernist yazıçısı, akademik Kamal Abdulla 14-cü Beynəlxalq Vilnüs Kitab Sərgisinin iştirakçılarından biridir. Sərgidə Kamal Abdullanın Litva dilinə tərcümə olunmuş “Sehrbazlar dərəsi” romanı yer alıb.

Bu səbəbdən biz də öz növbəmizdə oxuculara istedadlı yazıçının “Səhvlərimizin qrammatikası” silsiləsindən "Korneliusun ölümü"nün dilimizə tərcüməsini təqdim edirik”.

Daha sonra portal Kamal Abdullanın “Səhvlərimizin qrammatikası” əsərini yayımlayıb.


Baxış sayı - 2 275 | Yüklənmə tarixi: 14.08.2015 15:15
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031