manera.az
manera.az

“Yarımçıq əlyazma” Monteneqro dilinə tərcümə edildi | MANERA.AZ

📅 11.07.2015 10:14

“Yarımçıq əlyazma” Monteneqro dilinə tərcümə edildi  | MANERA.AZ
manera.az
Azərbaycanın tanınmış dilşünas və ədəbiyyatşünas alimi, akademik Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı Azərbaycan-Monteneqro Mədəni və İqtisadi Əlaqələr Mərkəzinin təşəbbüsü və ölkəmizin Monteneqrodakı diplomatik nümayəndəliyinin dəstəyi ilə Monteneqro dilinə tərcümə edilib və nəfis tərtibatda çap olunub.

Azərbaycanın zəngin tarixi və mədəni irsini özündə ehtiva edən “Yarımçıq əlyazma” romanı ən yüksək qiymətə layiq görülərək onilliyin əsəri seçilib, bir çox mükafatlar qazanaraq Rusiya, Polşa, Fransa, Türkiyə, Braziliya, ABŞ, Avstriya, Qazaxıstan, Misir, İtaliya və digər ölkələrdə də çapdan çıxıb.

Romanın tərcüməsi maraqla qarşılandığı üçün nəşrin Monteneqronun nüfuzlu kitabxanalarına, elm və təhsil ocaqlarına paylanması nəzərdə tutulur.


Baxış sayı - 2 318 | Yüklənmə tarixi: 11.07.2015 10:14
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031