manera.az
manera.az

Millətin utanc yeri | MANERA.AZ

Millətin utanc yeri  | MANERA.AZ
manera.az
Uşaq evinin, Qocalar evinin olmağı fəxrimiz deyil, bizim utanc mənbəyimizdir.

Kim ağsaqqal atasının, ağbirçək anasının qocalar evində olmağını arzulayar?

Hansı ana doqquz ay əziyyətlə bətnində gəzdirdiyi övladını uşaq evinə atar?

Təbii ki, heç kim...

Universitetdə oxuyanda ilk dəfə qrup yoldaşımdan eşitmişdim; “ Ehtiyac qapıdan girəndə, məhəbbət özünü pəncərədən atar.” Doğrudan belədirsə, ortaya bir sual çıxır.

Onda təbiət niyə Azərbaycana öz sərvətindən bol-bol verib?
Yalnız kasıb ölkələrin insanları ehtiyacdan alt-üst olmuş sevgilərinə haqq qazandıra bilərlər. Bu gün pula satılmış təhsilimizdən, üzdə olan biliyimizdən, cəsarətsizliyimizdən məhəbbəti ucuzlaşdırmağın mənası nədir? Nə isə...Mövzumuz məhəbbətdən deyil, axı! Əslində, söhbət gözlərimizi hələ də bağlı saxlamağımızdan gedir.

Sual verəcəksiz, bu nə bayağı yazıdır. Çox ölkədə bu evlərdən var. Onlar niyə utanmırlar?
Gəlin etiraf edək, orta məktəbdə oxuyandan hamımız bu cümlələri eşidə-eşidə böyümüşük. “Ölkəmiz zəngindir, altı da, üstü də qızıldandır. Əlimizdə olan sərvətlə İsveçrə kimi ölkəni də satın alarıq” və s…

İndi isə, mən sizə sual verirəm. Başqa bir ölkəni satın almağa qadir olan zəngin ölkədə uşaq evlərinin, Qocalar evlərinin olması nə dərəcədə düzgündür?
Araşdırın, Sovetin vaxtında belə Rusiyada ,bədxah qonşumuz olan Ermənistanda nə uşaq evləri , nə də Qocalar evləri yox idi.
İndi deyəcəksiniz , “əşşi, rusdur,ermənidir, harda necə gəldi yaşamağa öyrəşən camaatdır.”
Əmin olun, biz də bu cür bayağı cümlələrlə özümüzü aldadırıq, səhvlərimizə göz yumuruq, səhvdən səhv çıxardırıq.
Sual da verə bilərsiz?
“ Neyləyək, elə uşaq var ki, nə anası, nə atası yoxdur, küçədə böyüsün? ”

İndidən sualınıza cavab verim: Demokratiyası, vətəndaşlarının hüquqlarını qoruyan ölkədə bu problemdən söhbət gedə bilməz. Hər kəsin öz payı özünə layiqli şəkildə çatsaydı, yetim uşağa bir boşqab yemək, isti paltar da tapılardı.

Nankor övladı tərəfindən evdən qovulan qocanın da hüquqları bərpa olunsaydı, yaşlı insan yaşaya biləcəyi təqaüdü alsaydı, qocalar evinə ehtiyac olmazdı. Axı, bizlər Məhəmməd ümmətiyik, müsəlman ölkəsiyik!...

Deməli, dünyanın bi çox yerində, xüsusən də müsəlman adı daşıyan ölkələrdə demokratiyanın adını çəkməyə dəyməz.

Yenə ya sual verəcəksiz, ya da bu vəziyyətə başqa cür don geyindirmək üçün haqq qazandıracaqsınız.

Axı, elə adam var ki, övladı yoxdur, tək-tənhadır. Dərdləşmək, cəmiyyətdən təcrid olunmamaq üçün könüllü qocalar evinə özü müraciət edir.

İndidən beyninizdə yaranan suallara cavab verim ki, hər birimizin yaşadığı yerdə ağsaqqal, ağbirçək də az deyil. Təsdiqləyə də bilərik, hər zaman bir-biriləri ilə ünsiyyət yaradırlar, keçmişin acı-xoş xatirələrindən söhbət edirlər.

Nəzərinizə onu da çatdırım ki, yaşı ötmüş insanları bir araya gətirmək üçün Qocalar evi şərt deyil. Başqa üsulları da var.

Qısası, bizim ölkədə nə Qocalar üçün, nə də uşaqlar üçün evlərin olması bizim zəifliyimizdən xəbər verir. Buna görə nə fəxr edin, nə də alqış... Özünüzü aldadıb bəraət qazandıracaqsınızsa, sadəcə, hörmət edə bilərəm. Başqa ölkə mənə maraqlı deyil! Bu qədər sərvəti olan Azərbaycan üçün isə, bunlar yalnız və yalnız utanc mənbəyidir.

Manera.az
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123456
78910111213
14151617181920
21222324252627
28293031