manera.az
manera.az

İdman dərslərində ədəbiyyat kitabları oxuyurdım... | MANERA.AZ

İdman dərslərində ədəbiyyat kitabları oxuyurdım... | MANERA.AZ
Orxan Bahadırsoy

Elə idman növləri var ki, onlar lazımlı və faydalıdır. Məsələn, üzgüçülük. İdmanın başqa növlərindən fərqli olaraq üzgüçülüyün insanlara çoxlu faydaları var. Bədəni formada saxlayar, boyu uzadar, dərini gözəlləşdirər, ən əsası isə insana suda yaranan çətin vəziyyətlərdən xilas yolunu öyrədər. Məhz bu faydalarına görə üzgüçülüyü sevirəm.

Amma güləş, boks, karate... nə bilim bunların adlarını da doğru-düzgün bilmirəm. Öz hafizəmi bu cür lazımsız məlumatlarla doldurmaq istəmirəm. Sözümün canı odur ki, məsələn, iki nəfər güləşir. Bunlar əlbəyaxa olub bir-birini yıxmağa çalışırlar. Hə, tutaq ki, yıxdı, kürəyini vurdu yerə. Nə oldu? Bunun kimə nə xeyri dəydi? Bundan bəşər, dünya nə fayda gördü? Yoxdur axı heç bir xeyri, faydası. Uzaqbaşı yıxılan üzüldü, yıxan sevindi. Bir də onlara azərkeşlik edənlərin sevinci və üzüntüsü var. Yenə də bir mənası yoxdur.

Bu mədəni, texniki, iqtisadi, elmi tərəqqi deyil. Bu heç bir inkişafa, maariflənməyə, böyük elmi nailiyyətlərə aparmır. Belə olduğu halda bu sahəyə bu qədər pul xərcləməyin, bu boyda stadionlar tikməyin nə anlamı var?

Boks, karate, qaydasız döyüş – nədir axı bunlar? Eyni ilə güləş kimi. İki nəfər çatacaq bir-birinə. Bu vuracaq, o vuracaq, zaldan qışqırıq səsləri, hakimin əl hərəkətləri də onları müşaiyət edəcək. Axırda biri o birini elə vuracaq ki, burnu, başı, qabırğası filan əziləcək və vuran qalib sayılacaq. Qalibiyyətə bax! Soruşsan nə etdin ki, uğur qazandın? Deyəcək birinin qabırğasını sındırdım burnunu-başını partlatdım, vurub gözün çıxartdım, yerə yıxdım, yarım saat çabaladı mənə də buna görə mükafat verdilər. Olmaz olsun elə mükafat!

Adama deyərlər niyə bir-birinizi vurub o günə salırsız ki? Qolunuzda güc-qüvvət, dizinizdə taqət boldursa, bunu daha səmərəli işlərə sərf edin. Ağır texnikalarla işləməyi öyrənin, hərbi sistemdə işləyin və s.

İndi kimsə sual verə bilər ki, axı bu adamın həvəsi, sevgisi, istedadı var. O idmanla məşğul olmaq istəyir. Neyləsin? Mən bir insanın idmana marağını anlayıram. Qaçış yarışıdır, ağırlıqqaldırmadır, üzgüçülükdür, ən son variantda Günel Mövludun “düşüklük” dediyi futbola da mən hər hansı bir anlamı verə bilirəm. Amma bir-birini döyən, əzişdirən, al-qana bürüyən, təpikləyən, yumruqlayan adamlara heç bir haqq qazandırmaq olmur. Nədir onun həvəsi, sevgisi və istedadı? Kimisə döyə bilmək həvəs, sevgi və istedaddırmı?

Bir insan sürətli qaça bilər, çox böyük ağırlıq qaldıra bilər, mahir üzgüçü ola bilər, nə bilim, yaxşı şahmat oynamağı bacarar. Bu həvəs, sevgi və istedad sayılar. Amma heç kəsin yaxşı adam döymək kimi bir həvəsi, sevgisi olmamalıdır. Belə bir istedaddan isə söhbət gedə bilməz. Bu istedad deyil. Vəhşilikdir, qaniçənlikdir.

Əgər diqqət etsəniz görərsiz ki, bu idman növlərinin tarixi elə də qədim deyil. Mədəniyyətin, incəsənətin, ədəbiyyatın, biologiyanın, fizikanın, kimyanın, müxtəlif texnologiyaların və başqa elmlərin yaranması, tərəqqisi bu sahələrdən çox-çox qədimə söykənir. Bu onu göstərir ki, insanlar getdikcə bekarlaşır, avaralaşır, məşğuliyyətsizləşirlər.

Heç bir elmi sahədə özünü tapa bilməyənlər, istedad həvəsində olub əldə edə bilməyənlər öz qollarındakı gücü istedad hesab edirlər. Bununla öz eqolarını yemləyir, başqalarının üzərində fiziki hakimlik yaradırlar. Onlar öz mahir insan döymək bacarıqları ilə başqlarını hədələyə, qorxuda, sözlərini yeridə bilirlər. Məsələ bu qədər sadədir əslində.

Hələ orta məktəbdə oxuyarkən idman dərsini heç sevmirdim. Həmişə bu dərsdən yayınmağa bir bəhanə axtarırdım. Ya hansısa tədbirin təşkili ilə məşğul olur, ya özümü xəstəliyə vurub icazə alır, ya da bir kənarda oturub ədəbiyyat kitabları oxuyardım...

Mənim idmana və idmançılara heç bir aqressiyam yoxdur. Amma müəyyən növləri istisna olmaqla idmanın əksər növlərini mənasız hesab edirəm. Əgər siz də idman həvəskarısınızsa və mənim bu yazım sizdə hər hansı bir sinir gərginliyi yaradırsa, deməli, ya həmin mənasız idman növləri ilə məşğulsunuz, ya da onun azərkeşisiniz. Mənim sizə kiçik bir tövsiyəm odur ki, daha faydalı işlərlə məşğul olasınız. Hər halda ixtiyar sizindir...

Manera.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 123456
78910111213
14151617181920
21222324252627
282930