manera.az
manera.az

Qonağa hörmət və ya "mələməmiş quzu"... | MANERA.AZ

📅 22.06.2015 11:01

Qonağa hörmət və ya "mələməmiş quzu"... | MANERA.AZ

Manera.az
1993-cü ildə eşitdim ki, İranda çox qədim zamanlarda absurd bir adət hökm sürürmüş. Deməli hər hansı bir farsın evinə sayılıb-seçilən qonaq gəlirmişsə, ona hörmət əlaməti olaraq qarşılanma mərasimi keçirilərmiş. Mərasiminin ən vacib hissəsi "mələməmiş" quzunun kəsilib bişirilməsi sayılırmış...

Bəs görəsən “mələməmiş” quzu necə olur? Bəli, suala cavab olaraq açıqlayım ki, İranda vaxtı ilə hökm sürən bu adətin qurbanı olan "mələməmiş" quzu boğaz qoyunun bətnindən çıxardılırmış. Əslində bu iyrənc hadisə gələn qonağa sayqı əlaməti yox, əsil təhqir üsulu kimi hesablana bilər. Ancaq dünyanın hər yerində gün ərzində min-bir hadisə baş verirsə deməli hər yerin də özünəməxsus keçmişi mövcud olur. Çox kiçik yaşlarda deyildim, amma uşaq idim. Bax, bu hadisə elə o vaxtdan İranı mənim gözümdən saldı. Əfsanəvi gözəlliyə bürünmüş qara şəhər Təbrizi, islamın qorunub saxlandığı və azərbaycanlıların kütləvi yaşadığı İranı o vaxt yaddaşımdan sildim. Çünki eşitdiyim söz məni diksindirmişdi və elə o zamandan da farslara qarşı qeyrişüuri antisimpatiyam yarandı. Bəzən Arazın o üzünə qarşı olan düşüncələrim kimlərçünsə anlaşılmır. Ancaq səbəb nə tarixi kök, nə irqi ayrıseçkilik, nə də bütöv Azərbaycan davası deyil, məhs eşitdiyim bu iyrənc hadisənin nəticəsidir.

Xülasə, keçək bu gün baş verənlərə. Uzun müddətdən bəri rus və bir sıra başqa ölkələrin saytlarında Taivandla bağlı yayılan xəbərlər internet jurnalistika aləmində reytinqləri qırmaqda davam edir. Yayılan videoroliklər, fotofaktlardan ən tükürpədicisi isə məhs mənə "mələməmiş" quzu iyrəncliyini xatırladan uşaq meyitlərinin xəstəxanalarda, aptek və marketlərdə delikotes qida növü kimi ticarət biznesinə çevrilməsidir. Mənə görə bu və bunun kimi bütün hadisələr insanlığın sona çatması, vəhşiliyin və vandalizmin ən pik nöqtəsi, bəşəriyyətin isə həqiqi məhvolma faktıdır . Ancaq insanlıq öldükcə ölü insan bədənlərini elə insanlar özləri yeyirsə, son məticədə yeni yaranacaq məxluqat, adam və ya insan hansı cildə, hansı formada doğulacaq? Axı bir yandan vəhşiləşən bəşər digər yandan törəyib çoxalmaqdadır? Ümumiyyətlə, bu törəmələrdən yaranan dövrdə dünyanı adamyeyənlərmi idarə edəcək?...

P.S. Bu məqamda pişiklərlə bağlı bir fakt da yadıma düşdü. Adətən deyirlər “pişik balasını çox istədiyindən yeyər”. Ancaq bunun həqiqi faktı belə deyil. Pişik xəstə balasından hifz olmaqçün onu yeyir. Deməli insanlıqdan heyvanlığa dönüş bax belə, Taivanda baş verən bu dəhşətli hadisələrlə öz əksini tapır. Di gəl ki, pişiyin xəstə törəmələrdən hifs olma metodu bəşəriyyətin ölmüş uşaq meyitlərindən delikotes qida məhsulu hazırlanma metodu ilə yerini dəyişməməliydi.

Ramilə Qardaşxanqızı


Baxış sayı - 3 042 | Yüklənmə tarixi: 22.06.2015 11:01
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031