manera.az
manera.az

Kitablar “eldən-elə, əldən-ələ” gəzəcək

📅 06.06.2018 15:15


Kitablar “eldən-elə, əldən-ələ” gəzəcək
Mütaliəyə marağı daha da artırmaq məqsədilə “3 alma” və Nokia brendinin ölkəmizdəki təmsilçisi Mobitel şirkəti yeni bir layihəni həyata keçirməyə hazırlaşır.

Avropa Azərbaycan Cəmiyyətindən bildiriblər ki, məqsəd kitab almağa imkanı olmayan aztəminatlı ailələrin uşaqlarını sevindirmək və onları elə kiçik yaşlarından mütaliəyə cəlb etməkdir. Layihə çərçivəsində Azərbaycanın ucqar dağ kəndlərində yaşayan məktəblilərə əlavə oxu kitabların paylanması nəzərdə tutulur. Bu aksiya və oxunan əsərlər barədə şagirdlərin rəy və fikirləri isə xüsusi yaradılmış “hashtag”lə sosial şəbəkələrdə çağırış şəklində yayılacaq. Mütəmadi olaraq davamı nəzərdə tutulan layihəyə görə kitabların təkcə məktəblərə deyil, uşaq evləri və sığınacaqlara da göndərilməsi planlaşdırılır.


Baxış sayı - 461 | Yüklənmə tarixi: 06.06.2018 15:15
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 123456
78910111213
14151617181920
21222324252627
282930