manera.az
manera.az

Uşaq kitab karvanı bölgələrdə

📅 08.11.2017 13:01

Uşaq kitab karvanı bölgələrdə
Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə F.Köçərli adına Respublika Uşaq Kitabxanasının həyata keçirdiyi “Uşaq kitab karvanı layihəsi”nə ilk olaraq Salyan rayon Mərkəzi Kitabxanasında (MKS) start verilib.

MANERA.AZ xəbər verir ki, tədbirdə Salyan rayon MKS-nin direktoru Səidə Əliyeva təşkil olunan kitab sərgisinin əhəmiyyətindən danışıb.

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova “Uşaq kitab karvanı” layihəsinin həyata keçirilməsinin vacibliyini vurğulayaraq, layihə haqqında ətraflı məlumat verib. Bildirib ki, tədbirin keçirilməsində əsas məqsəd səyyar sərgilər vasitəsilə uşaq ədəbiyyatına olan marağı yüksəltmək, uşaqları mütaliəyə cəlb edərək onların oxu ehtiyacını təmin etmək və bölgələrdə ictimaiyyətin diqqətini kitab və kitabxanaya yönəltməkdir.

Tədbirdə uşaq yazıçıları ilə görüşən balaca oxuculara “Uşaq kitab karvanı” ilə gətirilən kitab bağlamalarında son illərdə nəşr olunmuş 500-ə yaxın ədəbiyyat, 44 adda metodik vəsait, “Göy Qurşağı” jurnalı verilib. Respublika Kitab Kollektoru da kitabxanaya kitablar hədiyyə edib.

Tədbir kiçik yaşlı uşaqlar arasında “Tap görüm” adlı viktorina ilə davam edib. Qaliblər kitab və jurnallarla mükafatlandırılıb.


Baxış sayı - 1 283 | Yüklənmə tarixi: 08.11.2017 13:01
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031