“Oxu Günü” günü keçiriləcək
Mütaliəyə diqqətin artırılması məqsədilə keçirilməsi nəzərdə tutulan “Oxu Günü” ədəbiyyata marağı olan hər kəsdə kitab bayramı abu-havası yaşadacaq. Belə bir layihəni həyata keçirməkdə məqsəd yeniyetmə və gənclər arasında oxu vərdişlərinin inkişaf etdirilməsi, mütaliəyə marağı daha da artırmaq, kitabın gündəlik həyatımızın bütün sahələrinə daxil edilməsinə nail olmaqdır. Gələcəkdə Respublikamızın bütün bölgələrində həyata keçirilməsi nəzərdə tutulan “OxuGünü” layihəsi bu il 25 apreldə ilk dəfə olaraq Bakı şəhərində reallaşacaq.
Manera.az bildirir ki, layihənin ideya müəllifi və rəhbəri f.ü.f.d., dos. Şəmil Sadiqdir. Azərbaycan Respublikası Təhsli Nazirliyi, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyəti və Hədəf Nəşrləri MMC-nin təşkilatçılığı ilə həyata keçirilən “Oxu Günü” layihəsinə Azərbaycan Yazıçılar Birliyi, Nərimanov rayon gənclər və İdman İdarəsi, Nərimanov rayon YAP Gənclər Birliyi, Medika Hospital, Hədəf Kursları, Kitabevim.az kitab mağazaları şəbəkəsi, Senet.az ədəbiyyat və sənət dərgisi kimi təşkilatlar da dəstək verir.
“Oxu Günü” layihəsinə aid olan şüar, çağırış və addımlar:
1. 25 apreldə sən də oxuduğun kitabı özünlə gətir, “Oxu Günü”nə qatıl;
2. Sən də feysbukda (instagramda, tviterdə) oxuduğun kitabla birlikdə selfini paylaş, fikrini yaz “Oxu Günü”nün mütaliə ulduzlarısiyahısına düş;
3. Sən də oxuduğun kitabla “Gəlin birgə oxuyaq” şüarını maraqlı tərzdə videoya çəkib bizə göndər və yüzlərlə məşhur insandan biri olmaq şansını qazan;
4. Layihədə iştirak et, 25 aprel saat 15:00-da “Oxu Günü”nə qatıl, minlərlə oxucu ilə eyni anda kütləvi mütaliə həyacanını sən də yaşa;
5. “Oxu Günü”nə qatıl və tanınmış yazıçılar, elm adamları, ictimaiyyət nümayəndələri ilə görüşdə iştirak etmək şansı qazan;
6. Oxuduğun kitabı özünlə gətir, imzala, istədiyin iştirakçıya hədiyyə et, başqa bir kitabı hədiyyə al;
7. “Oxu Günü”nə gəl, aksiya masasına kitablar hədiyyə et, sən də “oxuduqlarını oxumayanlarla paylaş”
Layihə ilə bağlı təklif və info@senet.az poçt ünvanına və layihənin rəsmi Oxu Günü səhifəsinə poçt ünvanına və layihənin rəsmi Oxu Günü səhifəsinə göndərə bilərsiniz.
Rövşən Danyeri
“HƏDƏF” nəşrlərinin mətbuat xidmətinin katibi