manera.az
manera.az

Hüseyn Saraclının şeirlər kitabı Türkiyədə

📅 24.05.2018 14:30

Hüseyn Saraclının şeirlər kitabı Türkiyədə
Türk dünyasının görkəmli aşığı, ustad sənətkar Hüseyn Saraclının “Mən fələyi axtarıram” (“Ben feleği arıyorum”) şeirlər kitabı Türkiyədə nəşr olunub.

MANERA.AZ xəbər verir ki, kitabda unudulmaz sənətkarın qoşmaları, gəraylıları, yedəkləmələri, bayatıları, müxəmməsləri, deyişmələri və həmçinin publisist-şair Dəyanət Osmanlının 1987-ci ildə yazdığı “Ustad aşıq Hüseyn Saraclı ilə son reportaj” (“Üstad aşık Hüseyn Saraclı ile son Röpörtaj”) məqaləsi yer alıb.

Kitab akademik Nizami Cəfərovun və Dünya Qarapapak Türkləri Birliyinin (KARPAT) rəhbəri Seyfullah Türksoyun ustad aşığın böyük yaradıcılıq yolundan bəhs edən “Aşıq sənətinin Hüseyn Saraclı zirvəsi” (“Ozan sanatının Hüseyin Saraclı zirvesi”) və “Ustad haqqında bir neçə söz...” (“Üstad hakkında birkaç söz...”) məqalələri ilə açılır.

Nəşrin tərtibçisi Dəyanət Osmanlı, məsləhətçilər akademik Nizami Cəfərov və Əməkdar Elm Xadimi, professor Məhərrəm Qasımlıdır. Şeirləri Türkiyə türkcəsinə uyğunlaşdıranlar Aşık Qara Borçalı, Pərvin Quliyeva, Afət Mamayeva, redaktor Roman Darvazlıdır.

Qeyd edək ki, dillər əzbəri olmuş şeirlərin, bir neçə dastanın, “Qürbəti-Kərəm”, “Bağdad dübeyti” və digər saz havalarının müəllifi Hüseyn Saraclının adı bütün Qafqazda, Türkiyə və Orta Asiyada məşhur olub. O, 1980-ci ildə Gürcüstanın Əməkdar Mədəniyyət Xadimi fəxri adına layiq görülüb. Haqqında çoxlu şeirlər, məqalələr yazılıb, qısametrajlı film çəkilib. Ustad aşıq 1987-ci ildə vəfat edib. Saraclı qəbiristanlığında dəfn olunub. Doğma kəndində aşığın büstü qoyulub.


Baxış sayı - 2 047 | Yüklənmə tarixi: 24.05.2018 14:30
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031