manera.az
manera.az

Professor Cahangir Hüseyn Əfşarın kitabı çapdan çıxıb |MANERA.AZ

📅 16.08.2016 09:30

Professor Cahangir Hüseyn Əfşarın kitabı çapdan çıxıb |MANERA.AZ

Hüquq elmləri üzrə fəlsəfə doktoru, professor Cahangir Hüseyn Əfşarın “Fikir və düşüncələrim” adlı monoqrafik kitabı çapdan çıxıb. Kitab 2016-cı ilin aprel döyüşlərində qəhrəmancasına şəhid olmuş Azərbaycan əsgərlərinin əziz xatirəsinə ithaf edilib.

Manera.az xəbər verir ki, AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı, professor Nizami Cəfərovun elmi redaktorluğu ilə oxucuların ixtiyarına verilmiş əsərdə ulu öndər Heydər Əliyevin yenidən siyasi hakimiyyətə gəlməsi, Nadir Şah Əfşarın 325 və Əfşar dövlətinin 280 illiyi ilə əlaqədar Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin redaktəsi ilə “Nadir Şah–diplomatik yazışmaları” və Cahangir Hüseyn Əfşarın “Azərbaycan Nadir Əfşar dövləti” adlı elmi-tarixi əsərləri ilə bağlı Azərbaycanda və Türkiyədə nəşr edilmiş rəylər, təqdimatlar və məqalələr yer alıb.

Ermənilərin Qafqaza köç etmələri, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və ona bitişik 7 rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasına beynəlxalq müstəvidə münasibət, bəşəriyyət və cəmiyyət haqqında elmi-fəlsəfi fikirlər də “Fikir və düşüncələrim” kitabında öz əksini tapıb.


Baxış sayı - 1 577 | Yüklənmə tarixi: 16.08.2016 09:30
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031