manera.az
manera.az

“ƏSA” Teatrı “Parisi partladacaq”

“ƏSA” Teatrı “Parisi partladacaq”
Azərbaycanın ilk inklüziv teatrı olan “ƏSA” tezliklə növbəti premyerasını təqdim edəcək.

Teatrın baş meneceri Nicat Qulamın sözlərinə görə, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə yeni premyerası ilə töhfə verməyi düşünən “ƏSA” Teatrı yerli dramaturgiyanın ən parlaq əsərlərindən birinə müraciət edib.

Görkəmli dramaturq, mütəfəkkir Mirzə Fətəli Axundzadənin “Hekayəti Müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah cadükuni-məşhur” pyesinin motivləri əsasında “Paris partladı” tamaşası teatrsevərlər üçün maraqlı quruluşda hazırlanır.

“ƏSA” Teatrı tamaşanın premyerasını həm də görkəmli dramaturqun yubileyi ərəfəsində təqdim etməklə, Şərqin Molyeri hesab olunan M.F.Axundzadəyə ehtiramını bildirir.

Yarandığı vaxtdan yalnız dünya ədəbiyyatının parlaq əsərlərini səhnələşdirən “ƏSA” Teatrı ilk dəfə yerli dramaturgiyaya müraciət edib.

Tamaşanın bədii rəhbəri Nihad Qulamzadə, baş meneceri Nicat Qulam, quruluşçu rejissoru Elşən Əsgərov, multimedia meneceri Elxan Xanəlizadədir. Hazırda yeni tamaşanın məşqləri davam edir.

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
1234567
891011121314
15161718192021
22232425262728
2930