manera.az
manera.az

Axundzadənin məşhur pyesi tələbələrin ifasında

Axundzadənin məşhur pyesi tələbələrin ifasında
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti SABAH qrupu IV kurs tələbələrinin ifasında Mirzə Fətəli Axundzadənin "Hekayəti Müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah cadükuni məşhur" pyesi əsasında hazırladıqları bir hissəli tamaşa fərqli yanaşma ilə Beynəlxalq Muğam Mərkəzində tamaşaçılara təqdim olunub.

Universitetin professor-müəllim və tələbə heyətinin iştirak etdiyi tamaşanın rejissoru, Əməkdar artist Nofəl Vəliyevin rəhbərliyi ilə Xədicə Məmmədova - Şəhribanu xanım, Orxan İsgəndərli - Hatəmxan ağa, Anaxanım Sultanova - Gülçöhrə xanım, Corc Qafarov - Şahbaz bəy, Susanə Məmmədova - Xanpəri, Məhəmməd Musayev - Müsyo Jordan, Hilal Dəmirov - Dərviş Məstəli şah, Hüseynağa Aslanov - Qulaməli və ADPU tələbəsi Qönçə Vəliyeva - Şərəfnisə xanım rolunda çıxış ediblər.

Yaradıcı heyətin böyük ruh yüksəkliyi, tələbələrin obrazları peşəkar şəkildə canlandırmaları, dinamika, aydın səhnə danışığı, geyimlər, dekorasiya, tamaşada hər bir şeyin bir-birini tamamlanması tamaşaçı kütləsinə müsbət təsir bağışlayıb.../525.az/Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
1234567
891011121314
15161718192021
22232425262728
2930