ƏSA Teatrı yenə ilkə imza atdı

Müstəqil şəkildə yaranmış əsas heyəti əlilliyi olan şəxslərdən ibarət inklüziv ƏSA Teatrı növbəti, dünyamiqyaslı bir ilkə imza atacaq.
Teatrdan "Manera" -ya bildirilib ki, mayın 2 - də saat 19:00-da premyerası olacaq U. Şekspirin "Yay gecəsində yuxu" əsəri əsasında hazırlanmış "Yuxum" romantik komediyasının nümayişində paralel olaraq səhnədə eşitmə və danışma məhdudiyyətli şəxslər üçün işarət dili ilə tərcümə olacaq. Tamaşanın nümayişi 10-u fiziki məhdudiyyətli olmaqla, 15 aktyor iştirak edəcək.
Tamaşa zamanı işarət dili ilə tərcümə nəinki ölkəmizdə hətta dünyada
da bir ilk sayılır. İşarət dili ilə tərcüməni bu sahədə bir çox uğurlu layihələrə imza atmış Nüranə Abıyeva edəcək.
Qeyd edək ki, ƏSA Teatrının baş meneceri Nicat Qulam bildirir ki, bu təşəbbüsün əsas məqsədi cəmiyyətin bütün üzvlərini teatra cəlb etmək, onların tamaşaçı olmalarının mümkünlüyü təmin etmək və teatrlarda işarət dili ilə tərcüməni ənənə halına salmaqdır.