manera.az
manera.az

Müsyö Jordan və dərviş Məstəli şah" tamaşası təqdim ediləcək MANERA.AZ

Müsyö Jordan və dərviş Məstəli şah" tamaşası təqdim ediləcək MANERA.AZ


S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrı yeni mövsümə növbəti qastrol səfəri ilə start verəcək.

Teatrın direktoru Ədalət Hacıyevin verdiyi məlumata görə, kollektiv sentyabrın 7-dən 10-dək Rusiyanın Həştərxan vilayətində səfərdə olacaq. Teatrsevərlərə M.F.Axundzadənin eyniadlı əsəri əsasında hazırlanan "Müsyö Jordan və dərviş Məstəli şah" tamaşası təqdim ediləcək.

Direktor, həmçinin Rusiya teatrları ilə genişlənən əlaqələr barədə də məlumat verib. Bildirib ki, Mayakovski və Peterburq Akademik teatrları ilə danışıqlar aparılıb və yaxın günlərdə onların səfər tarixləri dəqiqləşdirilib açıqlanacaq.

Kollektiv yeni mövsümdə dörd tamaşa hazırlamağı planlaşdırır. Onlardan biri dövlət sifarişi ilə hazırlanacaq "Dədə Qorqud" tamaşasıdır. İkinci tamaşanı teatr-studiyasının üzvləri ərsəyə gətirəcək. "Sarı gəlin" adlı plastik tamaşa teatrın 95 illiyi münasibətilə ilin sonunda təqdim olunacaq. Norveç xoru ilə hazırlanacaq musiqili tamaşa özünün maraqlı ideyası ilə seçiləcək. Uşaqlar üçün Yeni il nağıl-tamaşası və əməkdar artist Rita Əmirbəyovanın 60 illik yubileyi münasibətilə "Xanuma" tamaşası da teatrsevərlərin ixtiyarına veriləcək.

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
1234567
891011121314
15161718192021
22232425262728
2930