manera.az
manera.az

"ƏSA" teatrı nüfuzlu mükafat alıb

📅 09.05.2018 19:13

"ƏSA" teatrı nüfuzlu mükafat alıb
Əlilliyi olan və olmayan aktyorlardan ibarət inklüziv “ƏSA” Teatrı hazırda ABŞ-da ölkəmizi təmsil edir. Ötən gün teatrın rəhbəri, rejissor Nihad Qulamzadə Amerika Konqresinin üzvü Mark Amodei tərəfindən “Konqres mükafatı”na layiq görülüb.

MANERA.AZ xəbər verir ki, böyük nüfuza malik olan mükafat “ƏSA” Teatrına “Open World” proqramında iştirak etdiyinə görə verilib.

Xatırladaq ki, teatrın təsisçisi və rəhbəri Nihad Qulamzadə ABŞ-ın təşkil etdiyi Açıq Dünya Proqramı çərçivəsində mayın 2-dən 12-dək “Əlilliyin müdafiəsi, islahatlar və mədəniyyət” mövzusunda təşkil olunan beynəlxalq layihədə iştirak edir. Sabah “ƏSA” Teatrının həyata keçirəcəyi irimiqyaslı layihə amerikalı investorlara təqdim olunacaq.


Baxış sayı - 1 024 | Yüklənmə tarixi: 09.05.2018 19:13
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031