manera.az
manera.az

"ƏSA" teatrında yeni tamaşa

📅 13.12.2017 09:42

"ƏSA" teatrında yeni tamaşa
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında əsas heyəti fiziki məhdudiyyətli aktyorlardan ibarət olan inklüziv “ƏSA” teatrı növbəti tamaşasını təqdim edəcək.

MANERA.AZ xəbər verir ki, teatrsevərlər Amerika yazıçısı Con Steynbekin “Adamlar və siçanlar” əsəri əsasında hazırlanan tamaşanı dekabrın 19-da izləyə biləcəklər.

Səhnə əsərində səkkizi fiziki məhdudiyyətli olmaqla doqquz aktyor iştirak edəcək.

ABŞ-ın ölkəmizdəki səfirliyinin maliyyə dəstəyi ilə səhnələşdirilən tamaşanın quruluşçu rejissoru və bədii rəhbəri Nihad Qulamzadədir.

“ƏSA” teatrının bundan əvvəl hazırladığı səhnə əsərləri çoxlu tamaşaçı tərəfindən maraqla qarşılanıb.


Baxış sayı - 1 161 | Yüklənmə tarixi: 13.12.2017 09:42
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930