İrina Braun: “ Şekspir özü əsərlərinin rejissorudur" MANERA
![]()
Müstəqil ADO teatrı və Britaniya konsolluğun təşkilatçılığı ilə Bakıda “Shakespeare lives in 2016” layihəsi keçirilib
Layihə çərçivəsində sonuncu gün – 14 mart tarixində Xəzər universitetinin akt zalında açıq dərs günü elan olunub. Tamaşaçılar layihədə gedən məşq prosesslərini izləyiblər.
Ustad dərslərində teatr mütəxəsisləri, Azərbaycan Dövlət Mədəniyyət Universitetinin aktyor və rejissor ixtisaslı tələbələr iştirak edib.
Teatr üzrə dərslər Britaniyadan dəvət olunmuş dünya şöhrətli rejissorlar - Niamh Daulin və Andrey Tarkovskinin assisenti olmuş İrina Braun tərəfindən keçirilib.
Dərslərdə Uilyam Şekspirin monoloqlarından istifadə olunub və bu monoloqlar əsasında müxtəlif səhnəciklər nümayiş olunub.
Layihədə ADO teatrının təsisçi və rəhbəri - Elmin Bədəlov və ADO-nun aktyorları – Elza Furtado, Aynur Zərrintac, Nihad Qulamzadə, Kamal Aken , Orxan İsgəndərli, Zaur Hacızadə, Ceyhun Zabitli iştirak edib. ![]()
Eyni zamanda rejissorlar ADO teatrında nümayiş olunan “STOP” tamaşasını da izləyiblər.
Tamaşa izləyən İrina Braun çıxışında qeyd edib ki, çox şadam ki, Azərbaycanda tabuları qıran, üsyankar, beyinlərdə sual yaradan fərqli bir teatr var və burada belə performanslar nümayiş olunur. Well done!.
İrina Braun layihənin sonunda aktyorlara məsləhətlər verib və onlara məqsədləri uğrunda daim çalışmalarını tövsiyyə edib.
“Şekspir bir məktəbdir, onun əsərlərini hazırlamaq üçün rejissor lazım deyil, çünki Şekspir özü əsərlərinin rejissorudur və o 400 il əvvəl hər şeyi düşünüb, hazırlayıb” deyən rejissor – İrina Barun sonda aktyorlarla xatirə şəkli çəkdirib.
Layihənin sonunda aktyorlara üzərində Elizabet Vayt, Niamh Daulin və İrina Braunun imzaları olan sertifikatlar təqdim olunub.
Elman
manera.az