manera.az
manera.az

Demisən ki, unudub! | MANERA.AZ

Demisən ki, unudub! | MANERA.AZ
Aytac Məmmədova

Unutdummu?
(esse)

Sənə eşitdirmək istədiyim sözlərin çoxunu dost-tanışların yanında danışdım... Sənə gəlib çatsın deyə... Və adını duyunca səndən də mənə xəbər gəldi...

Demisən ki:

-Unudub... Çoxdan unudub...

Bir bilsən bu sözün mənə neylədi.... Və daha sənə çatası sözlərimi dost-tanışın yanında demədim... Beləcə, mobil telefonumun mesaj yerinə yazdım... Sənə bir günümü anladacağam... Sənsizliyin bir gününü...

Yadındamı, hər axşam yeni bir mərcə girərdik. Sabah kim kimə birinci "sabahın xeyir" deyəcək-deyə... Bu gün də səhər yuxudan durunca əllərim telefona uzanır... Hətta, mesaj düyməsinə də toxunuram... O anda anlayıram ki, bu mərci uduzduğum kimi həmişə səni də həyata, taleyə uduzmuşam... Cəzası sənsizlik...

Durub hamama keçirəm... Əl-üzyuyanın kranını bururam. Şırıldayan suyun altına tuturam əllərimi. Aynada görürəm ki, üzümü təraş etmək lazım.... Axı sən həmişə istəyirdin ki, mən təraşlı olum... Fikrimdən keçsə də təraş etmək etmirəm... Sən yoxsan... Və daha səni narahat etməyəcək üzümdə saqqal olması...

Səhər yeməyini yemək üçün stula əyləşirəm... Masadakı təndir çörəyinin kənarını kəsib boşqaba qoyuram... Bunu sən sevirdin... Təndir çörəyinin kənarına "xırt-xırtdı" deyiridn... Və çörəyin ortasından kəsib yaxma düzəldirəm özümə... "Xırt-xırtı" sənə saxlayıram... Soyumaqda olan çayı şirin eləmirəm sənin yoxluğunu duyandan... Çünki, sən həmişə qəndi çaya salıb ehmalca qarışdırıb uşaq kimi sevinə-sevinə içirdin çayı... Mən daha şirin çay içmək istəmirəm... Böyümüsən çünki, sən... Böyüyüncə də həyatı anlayıb getdin... Yolları tanıdın...

Gödəkçəmi geyinib küçəyə çıxıram... Və ürəyimlə danışıram... Səni sevmək necə olur anlatsın mənə... Ayaqlarıma buraxıram yolu... Və birdən dayandığımı hiss edincə özümü həmin yaşıl xiyabanda görürəm... Orda ki, başakı daş skamyaya qədər olan bütün ağaclara adımızın baş hərflərini yazardıq... Yaxınlaşıb ağaclara bir-bir baxıram... Hamsında da durur hərflər boynunu bükük olsalar da... Adımızın baş hərfləri... Bir-birinin qarşısında günahkar kimi dayanıb bu iki hərf...

Və daş skamyada otururam... ayaqlarımın altındakı çınqıllıqda bitən yeganə sarı qaymaqçiçəyinə baxıram... Və yenə bir xatirə canlanır gözümdə... Hələ bu qaymaqçiçəyinin yaşıl zoğları boy atırdı çınqılların arasından onda... Biz yenə daş skamyada isti ürəklərimizin hərarətindən ilhamlanıb başlarımızı bir-birinə söykəmişdik... Sən o yaşıl zoğları mənə gstərmişdin: "Sevgi də elə olmalı, bax... Mübariz, cəsur... Bu qədər çınqılın içindən kiçik zoğların cəsarətlə, mübarizəylə boy atmasına bax"...

Düşünürəm ki, bizim sevgimiz elə olmadı... Bizim sevgimiz cəsur, mübariz olmadı... Yenildi... Sənə, mənə, bəlkə də dünyada olan hər kəsə yenildi...

Xiyabandan keçən qıvrımsaçlı bir qız məni süzür baxışlarıyla... Yenə sən olsan deyirəm... Sən olsan, o qıza sərt bir baxışla baxar, əllərimi sıxardın... Hirsinə, hikkənə belə heyran qoyardın məni... Qulağıma pıçıldayardın: "Nə saçını yolardım o qızın..."

Telefonum zəng çalır. Tələbə yoldaşımdı... Heç olmasa sonuncu dərsə, riyaziyyat dərsinə gəlməyimi deyir... Durub üz tuturam universitetə doğru... Pillələri qaçaraq çıxıram... Riyaziyyat dərsini sevməsəm də müəllimdən qorxuram, niyə yalan danışım... Tələbənin müəllimdən qorxması heç də ayıb deyil, məncə... Ancaq, riyaziyyat dərsində də sənli anlar beynimə hakim kəsilir...

Bir dəfə riyaziyyat dərsində müəllim lövhəyə düstur yazmışdı. Sən əyilib mənim dəftərimim üstünə öz adını yazıb dedin: "Bu da sənin xoşbəxtlik düsturun, unutma!" Elə qəribə hisslər yaşamışdım ki, onda... Hələ o dəftəri saxlayıram...

Dərs bitincə evə dönürəm... Azca yatmaq istəyirəm... Heç olmasa yuxuda səni görmək istəyirəm... İndi özün söylə, unutdummu?

Manera.az

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031