manera.az
manera.az

Ölülər də darıxırmış… | MANERA.AZ

Ölülər də darıxırmış… | MANERA.AZ


Çinarə Ömray

....
- Axı mən səni tanımıram.

- Amma mən tanıyıram.

- Hardan?

- Heç dəyişməmisən. Bir az rəngin ağarıb.

- Çox sıxılıram. Getmək istəyrəm burdan. Nənəmin yanına necə gedə bilərəm? Sən çoxdan burda qalansan, yolu izi tanıyarsan.

- Səni qoymazlar hələ. Tezdi.

- Məni bura onlardan başqa bağlayan heçnə yoxdu.

- Hardadi e.. bu adamlar. Niyə sakitlik, təklikdi bura belə?

- Çağıracaqlar bizi. Ondan sonra aparacaqlar nənəngilin yanına. O da hələ bilinmir görə biləcəksən onları orda ya yox. Buranın qanunları biraz başqadı deyirlər.
- Hövsələm çatmır gözləməyə. Necə yəni görə biləcəksən ya yox?

- Gözlə gəlib məlumat verəcəklər. Mənim danışmağa ixtiyarım yoxdu. Gəldiyin yerdən danış biraz. Mən ordan çıxanı çox olub. Necədi oralar?

- Elə gördüyün kimi.İnsanlardı da. Həmən şəhər, həmən insanlar.

- Bura gələcəyini bilirdilərmi?

- Çoxu bilmirdi. Onlardan ayrılacağımı, o şəhəri tərk edəcəyimi.. Cəsarətim çatmırdı deməyə. Qəribə hisslərdi. Sevdiklərinin yanında olasan, toxunasan, danışıb güləsən. Amma onları qoyub gedəcəyini səndən başqa heç kimsə bilməyə. Ən pis hissdiye bu. Hazirlaşırsan. Başqa məkana köçməyini kimləsə bölüşə bilmirsən. Ən yaxın rəfiqən sənlə hər zamanki kimi danışıb gülə, sabahlar haqqında planlar qura sənlə bərabər, həttda onun bütün sabahlarında sən də olasan yanında. İş haqqında danışasınız. Heçnə olmamıs kimi gülümsüyəsən. Rəfiqənin gözlərindəki o inamın, o güvənin yox olmasından qorxub gülümsəyərək təsdiqləyəsən. Dostların danışa, dərdlərinə şərik olasan, amma ən böyük dərdin səndə olmasından bixəbər olalar. “Necə də xöşbəxtsən, hər şeyə gülümsəyə bilərsən, sənin heç problemin yoxmu adam?” deyələr. Sən için yana- yana gülümsəyəsən yenə. Əslində baxışlarınla vidalaşasan hər görüşdə onlarla, amma dilinə gətirə bilməyəsən. Zaman daraldıqca dostların arta, uğurların arta. Sanki sənə inad şəhər, insanlar özlərini əvvəlkindən çox sevdirə sənə. Əvvələr bütün əzablarıyla cəhənnəmi xatırlan, o soyuq, hissizlər şəhəri indi bütün sevgisi ilə quca səni. Istiliyini, doğmalığını duyasan şəhərin. Əvvəllər gözümü yumsam da tam yad bir ölkədə, yad bir insanların içində açsam dediyin arzuların da bir anda tərk edib qaçalar səndən. Sevəsən bu şəhəri bütün ağrı acısıyla, bütün insanlarıyla, bütün çatışmamazlıqlarıyla. Qəribədir niyə illərdi içimdə böyütdüyüm sevərək böyütdüyüm bu istəyin gerçəkləşməsinə bunca az zaman qaldığı halda mən belə dəyişirəm ki? Mən dost olmaq istəmirdim, mən sevmək istəmirdim, mən rəhimli olmaq istəmirdim. Bir göz qırpımında tərk etmək istəyrdim. Bu şəhəri, bu insanları. İstəyimə sadəcə sayılı günlərin qaldığı halda niyə hisslərimlə oynayırdı bu şəhər? Sevdiklərimə gedirdim axı mən. Gedəcəyim yerdə məni bütün sevdiklərim gözləyirdi. Inad olaraq həyat sevdirdi bunu mənə. Sanki burdan qopub gedə bilməmək üçün edirdi bunu. Ondan xəbərsiz gözlərinə baxırdım, əllərinə, gülüşünə. O hey, danışırdı. Mən hey susurdum. Mən onu olduğu kimi ruhumun yaddaşına yazmaq istəyrdim. Buna ehtiyacım olacaqdı.

- Görünür çox çətin olub sənə onlardan ayrılıb bura gəlmək.

- Heç vaxt düşünə bilməyəcəyim qədər çətin həmdə. Bilirsən elə gözəl gülümsəyirdiki. Boğazımdan mədəmə qədər isti bir hava keçirdi həmən an. Kaş ki, görə bilsəydin onu. Çox sevimliydi.

- Hər kəs itirdiklərinin dəyərin itirəndən sonra anlayır.

- Yoox, qətiyyən yox. Mən elə onların yanındaykən də dəyərlərin bilirdim. Amma çox gec örgəndim. Bilirsən hərdən Allaha çox acığım tutur. Son vaxtlar bu hal lap tez -tez baş verir.

- Niyə axı? Neyləyib sənə Allah?

- O bilirdi axı hər şeyi. Niyə bunca əziyyət verdi mənə? Onsuzda yaşatdığın yaşatmışdı onca zülümdən sonra, qarşıma bu cür adamlar çıxartdı. Sonra onları mənə sevdirdi. Sonra dostlarım oldu.

- Səncə bunu Allah elədi?

- Hə. Bunu hansısa bir qüvvə elədi. Çünki mən nə insanlarla doslaşmağı istəmişdim nə də buna səy görsətmişdim. Hansısa bir qüvvə məni eyni şəhərdə pisliklərin içindən alıb yaxşılıqlar əhatəsinə atdı. Yaxşıya ac insan üçün bu bilirsən nədi? Hisslərimlə oynadı o qüvvə mənim. O qüvvənin adı Allahdır bilirəm. Allah hisslərimlə oynadı mənim.

- Burda elə demə. Başına iş açarsan.

- Niyə? Allahı sevmirmi burdakılar?

- Sevirlər amma sən yenə də adını çəkmə.

- Qəribə adamsane sən də. Hər şeyi bilirsən, heçnə danışmırsan amma. Elə kimlərisə gözlüyürsən. Mən gəldiyim yerdə ki, adamların ən pisi belə səndən mərhəmətlidi. Bilirsən?

- Mən ki, səni dinləyirəm. Nəyi pisdi? Danış, için rahatlasın.

- Dinləməsən bundan yaxşıdı. Heç mən sənin varlığını hiss etmirəm ki. Əvvəldən ta əvvəldən bütün ömrüm özümlə dialoqa həsr etmişəm. Gah ağlımla ürəyimin, gah da ruhumla bədənimin dialoqların dinləməklə keçib ömrüm. Indi sənin varlığınla yoxluğun məni rahatsız etmir ki. Özüm özümlə danışıram.

- Amma mən varam. Ta qarşında dayanmışam görürsən məni. Son gün necə oldu? Onlardan ayrılanda. Nə dedilər? Sağollaşa bildinmi ya cəsarət etmədin?

- …Gecə idi. Atamın qışqırıq səsinə bütün şəhər oyandı. Bir tək məndən başqa. Bilirsən bu dəhşət idi. Mən gec oyanmışdım. Hamı qışqırırdı. Anamın gözlərindəki o qorxu , o fəryad heç vaxt unutmaram. Ilk bacıma yaxınlaşdım nə olub deyə. Cavab vermirdi elə hey ağlıyırdı. Anama yaxın düşə bilmədim mən oyanana qədər bütün qonşular bizdə idi artıq. Anamı necə dövrəyə alıb sakitləşdirməyə çalışırdılarsa mən yaxın dura bilmədim. Kimsə dünyasını dəyişmişdi. Amma kim olduğunu bilmirdim. Atam qışqırır, anam qışqırır, bacım, bibim. Bütün doğmalar burdadır bəs ölən kimdir deyə anlaya bilməmişdim. Ortada bir cəsəd var idi amma. Üzü də örtülü. Yaxınlaşdıqca məni vahimə basırdı. Bibim qışqıra-qışqıra otağa girdi. Heç kim saxlaya bilmirdi onu. Cəsədin üzünü açdı və qucaqlayıb ağladı. Donub qalmışdım. Bu mən idim. Yerdə uzanan mən idimsə bəs bütün bunlara baxan kim idi? Hamıya bir bir yaxınlaşıram və ölməmişəm burdayam deyə qışqırıram. Kimsə məni eşitmirki eşitmir. Bu necə ölmək idi axı. Mən sevdiklərimin belə əziyyət çəkməsini görmək istəmirəm axı. Adam da öləndən sonra əzab çəkə bilərmi? Sonra, … sonra gözüm görə- görə çiyinə qalxdım. İlk dəfəydi özüm -özümə qıraqdan elə həsrətlə baxdım. Sonrası da. Burdayam. Sənin yanında.

- Hamıda elə olur.

- Bilirsən, hər zaman nə düşünürdüm?

- Nə?

- Düşnürdüm ki, görəsən ölülər də darıxa bilirmi? Orda qoyduqları üçün burda darıxa bilirlərmi?

- Ölülərdə darıxır. Ən pisi bilirsən nədi? Bayaq sən deyən kimi, yanlarındasan amma toxuna bilmirsən. Eşidirsən, amma eşitmirlər. Görürsən, amma görmürlər.

- Bunun üçün ölmək şərt deyil ki. Bəzən canlıykən də bu halları yaşayırsan həyatda.

- Sıran gəldi. Get.

- Burdan hara?

- Hisslərinlə oynayan Allahın hüzuruna!


Manera.az

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
1234567
891011121314
15161718192021
22232425262728
2930