manera.az
manera.az

Gənc rejissorun iki filmi müsabiqədə ...

📅 18.04.2018 11:54

Gənc rejissorun iki filmi müsabiqədə ...
Azərbaycan kinosunda son zamanlar diqqət çəkməyə başlayan gənc rejissor Cavad Nur son yaradıcılıq işi olan iki qısametrajlı filmlə festivallara qatılır
Onlardan biri "İkimizin hekayəsi" adlı filmdir. "Tənha insanlar qazandıqları ilə deyil, itirdikləri ilə yaşayır" devizini əsas tutan booktrailer yazıçı Müşfiq Xanın eyni adlı kitabı əsasında çəkilib. Ekran işinin quruluşçu rejissoru Cavad Nur, ssenari müəllifi Səbuhi Şahmursoydur. Film "Kitabı tanıdın, kitabla tanının!" - şüarı ilə keçirilən "III Booktrailer Festivalı 2018" film müsabiqəsində iştirak edəcək.

"Bir qutu mərmi" qısametrajlı filminin ssenari müəllifi və rejissoru Cavad Nur, operatoru Soltan Abdullayevdir. Əməkdar artist Bəhruz Vaqifoğlunun rol aldığı ekran işini Zaur Məmmədov montaj edib. Film siqaretin törətdiyi fəsadları nümayiş etdirərək insanları bu vərdişdən çəkindirmək məqsədi daşıyır. Ekran işi bu il keçiriləcək "No Smoking" film müsabiqəsinə qatılacaq.

Cavad Nurun "Sən uşaq deyilsən", "To be not to be" və s. kimi qısametrajlı filmləri müxtəlif festival və müsabiqələrdə yer tutub./525

Şahanə MÜŞFİQ


Baxış sayı - 1 771 | Yüklənmə tarixi: 18.04.2018 11:54
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031