manera.az
manera.az

"Bakı Oskarı" film festivalı keçiriləcək | MANERA.AZ

📅 31.07.2015 11:55

"Bakı Oskarı" film festivalı keçiriləcək  | MANERA.AZ
Avqustun 25-də Azərbaycan Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə "Bakı Oskarı" adlı qısametrajlı film festivalı keçiriləcək.

Layihənin rəhbəri Bəylər Ağayev bildirib ki, peşəkar və həvəskar gənc rejissorların iştirakı ilə keçiriləcək layihənin əsas məqsədi gənc rejissorların işini dəyərləndirmək, gələcək peşə fəaliyyətlərində onlara uğurlu bir başlanğıc üçün şərait yaratmaqdan ibarətdir. 3 gün davam edəcək festivalda ən yaxşı 10 qısametrajlı film münsiflər tərəfindən seçiləcək. Dini və siyasi mövzular istisna olmaqla gənc rejissorlar bütün mövzulara müraciət edə bilər. Təqdim olunan videomaterialın xronometrajı maksimum 15 dəqiqə olmalıdır. Bundan əlavə, "Ən yaxşı aktrisa", "Ən yaxşı aktyor", "Ən yaxşı ssenarist", "Ən yaxşı operator" seçilərək "Bakı Oskarı" nominasiyaları üzrə mükafatlandırılacaq.

Mükafatlandırma mərasimi avqustun sonunda reallaşacaq.

Ceyhun Alışov


Baxış sayı - 1 781 | Yüklənmə tarixi: 31.07.2015 11:55
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930