manera.az
manera.az

Kann festivalı İran filmi ilə açılacaq

📅 12.04.2018 13:10

Kann festivalı İran filmi ilə açılacaq
71-ci Kann festivalı İran rejissoru Əsgər Fərhadinin “Hamı bilir” filmi ilə açılacaq.

Film mayın 8-də “Lümyerlərin teatrı”nda nümayiş olunacaq. İspaniya, Fransa və İtaliyanın birgə istehsalı olan filmdə baş rollarda Penelopa Krus və Xavyer Bardem oynayır.

“Hamı bilir” filmi argentinalı ailədən bəhs edir. Onlar Buenos-Ayresdən Penelopanın personajının vətəni olan kiçik ispan şəhərinə yollanırlar. Səfər bir çox sirlərin üstünü açan gözlənilməz hadisələrlə müşayiət olunur. /AZƏRTAC


Baxış sayı - 1 218 | Yüklənmə tarixi: 12.04.2018 13:10
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031